SON XƏBƏRLƏR

Təbrizin Bələdiyyə İdarəsi “Füzuli” məclisini keçirənləri hədələyib

2021.10.20, 07:36
Təbrizin Bələdiyyə İdarəsi “Füzuli” məclisini keçirənləri hədələyib

Gunaz.tv

GünAz TV: Təbriz Bələdiyyə İdarəsinin Mədəniyət və İncəsənət Təşkilatı, “Füzuli Məclisi”ni keçirən mədəni fəalları “ictimaiyyəti təşvişə salmaq”da ittiham edərək təhdid edib.

 

Bələdiyyə İdarəsinin Mədəniyət və İncəsənət Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsi noyabrın 5-də yaydığı açıqlamada bildirib ki, bəziləri Təbriz Bələdiyyə İdarəsinin mədəni və incəsənət fəaliyyətini məqsədyönlü şəkildə ləkələmək istəyir və ona qarşı təxribat aparır. Bu, ictimaiyyəti təşvişə salmağın göstərgəsidir və hüquqi cəhətdən təqib edilməyə əsas verir.

 

Rəsmi orqan “Füzuli Məclisi” adı ilə keçirilən ədəbi məclislərlə bağlı qeyri-müəyyən və anlaşılmaz sözlərlə çıxış edib. “Bələdiyyə İdarəsinin Mədəniyət və İncəsənət Təşkilatı ümumi proqramların keçirilməsi və ya ləğv edilməsi ilə bağlı qərar qəbul etmir. Belə qərarlar konkret qanuni mərkəzdə qəbul olunur. Araşdırmalar göstərir ki, Füzuli əsərlərinin oxunuşu proqramı dayandırılmayıb. Yalnız məclisin keçirilməsi prosesində yaranan boşluqdan dolayı qanuni mərkəz tərəfindən iclasın müdirinə xəbərdarlıq edilib”- deyə anlaşılmaz məlumatda qeyd olunub.

 

Bələdiyyə İdarəsinin Mədəniyət və İncəsənət Təşkilatının hədələyici açıqlamasında “Füzuli Məclisi”nin noyabrın 13-dən yenidən keçiriləcəyi də bildirilib.

 

Noyabrın 3-də azərbaycanlı şair, yazıçı və tanınmış Füzulişünas Dr. Fərman Fərzi Təbrizdə “Füzuli Məclisi”nin dayandırıldığı və Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən əl çəkdiyini bildirmişdir.

O qeyd etmişdir ki, “Füzuli Məclisi” Təbriz Bələdiyyə İdarəsinin Mədəniyyət və İncəsənət Təşkilatının yalnış ədarəçiliyi və koordinasiyalı şəkildə fəaliyyət göstərmədiyindən, xüsusi ilə də təşkilatın rəisi cənab Mikayıl Nəzərinin zəif fəaliyyətindən bəlkə də bir dəfəlik tətil edilib.

 

Dr. Fərman Fərzi həmçinin Təbrizdə Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən vaz keçdiyi barədə “İnstaqram” səhifəsində məlumat yaymışdır.

“1 ildir ki, Məhəmməd Füzuli adına Mədəniyyət Müəssisəsini qeydiyyata aldırmağa çalışıram. Artıq bu gün yorqunluq və ümidsizlikdən bütün sənədləri zibil qabına atdım. Bir il əziyyətdən sonra əliboş evə qayıtdım”- deyə o qeyd edib.

 

“Füzuli Məclisi” Təbrizdə hər həftə azərbaycanlı yazıçı, şair və mədəni fəalların iştirakı ilə keçirilir. Lakin İranın təhlükəsizlik orqanları müxtəlif bəhanələrlə ədəbi məclislərin keçirilməsinə bir neçə dəfə maneçilik yaradıb.

 

Qeyd edək ki, Təbriz Bələdiyyə İdarəsi tərəfindən yayılan  hədələyici açıqlamadan sonra Dr. Fərman Fərzi mövzu ilə bağlı “İnstaqram”da yaydığı bütün video və görüntüləri səhifəsindən silib.

 

Təbriz Bələdiyyəsi o halda “Füzuli Məclisi”nin keçirilməsinə maneçilik yaradır ki, yalnız son bir ayda Təbrizdə fars şovinizminin ideyalarını yayan bir neçə tədbir keçirilib. Təbrizdə Firdosinin “Şahnamə” əsərinin oxunuşu tədbirləri davamlı olaraq keçirilir. “Buxara şəhəri gecəsi” və “Təbriz, İranın tarix və mədəniyyətində” və s. Təbrizdə panfarsizmi yayan tədbirlər sırasındadır.

 

İran rejiminin Güney Azərbaycanda mədəni fəaliyyətləri dayandıraraq fars şovinizmi ideyalarını təbliğ etməsi hər zaman soydaşlarımız tərəfindən etirazla qarşılanıb.

 

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar