SON XƏBƏRLƏR

Təbrizin El-gölü parkında qızlara sataşan oğlanlar zindana salınıb

2021.10.20, 07:36
Təbrizin El-gölü parkında qızlara sataşan oğlanlar zindana salınıb

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Təbrizin El-gölü parkında qartopu oynamaq bəhanəsi ilə iki qıza hücum edərək onlara qarşı nalayiq hərəkətlərə yol verənlərdən ikisi saxlanılıb, onların artıq Təbrizin Mərkəzi Zindanına aparıldığı bildirilir.

 

Mövzu ilə bağlı Şərqi Azərbaycan prokuroru Musa Xəlilullahi mətbuata məlumat verib.

 

“Bu barədə məlumat alınca həmən lazımi göstəriş verildi. Qızlara sataşanlardan ikisi artıq saxlanılıb. Onlar məhkəməyə göndərildikdən və ittihamları elan olunduqdan sonra Təbriz zindanına aparılıb”- deyə o bildirib.

 

Musa Xəlilullahi onların dosyesinə növbədənkənar baxılacağını vurğulayaraq bu barədə yaxın günlərdə iddianamənin məhkəməyə təqdim olunacağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, ötən günlərdə Təbrizin El-gölü parkında bir neçə oğlan və kişi şənlik etmək bəhanəsi ilə iki qıza hücum edib, onlara qarşı nalayiq hərəkətlər ediblər. Bu məsələ yerli əhali və ümumiyyətlə Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar