Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözcüsünün verdiyi məlumata görə, gecə başlayan yanğında bir nəfər yanıq xəsarətləri ilə şəhərin “Sina” xəstəxanasına yerləşdirilib.
Gunaz.tv
Elgölü parkının yaxınlığında, Gülüstan yaşayış binalarının birində baş verən yanğın yerinə 5 ambulans və çox sayda yanğınsöndürmə maşınları cəlb olunub. 18 qatlı yarımçıq yaşayış binasının üz örtüyündən başlayan yanğın qısa müddətdə yayılıb.

Təbriz Yanğınsöndürmə İdarəsi yanğının söndürüldüyünü, hazırda hadisə yerində təmizlik işlərinin aparıldığını haqda xəbər yayıb.

Təbriz bələdiyyəsinin rəis müavini yanğının qarşısının alınmasında çalışanlara təşəkkürünü bildirərək, ciddi bir fəlakətin önləndiyini deyib.
C.E