SON XƏBƏRLƏR

“Təbrizin Maşınqayırma zavodunun özəlləşdirilməsi prosesi ətraflı şəkildə araşdırılmalıdır” - Şərqi Azərbaycan valisinin müavini

2021.10.20, 07:36
 “Təbrizin Maşınqayırma zavodunun özəlləşdirilməsi prosesi ətraflı şəkildə araşdırılmalıdır” - Şərqi Azərbaycan valisinin müavini

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər “Təbriz Maşınqayırma zavodu”nun özəlləşdirilməsi barədə araşdırma aparılmasının vacib məsələ olduğunu deyib.

 

Zavod idarəçiliyində böhran yaşandığını deyən vali müavini mövzu ilə bağlı “Nəsr News” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Maşınqayırma zavodu heç bir şəkildə ziyan görməməlidir. Mən zavodun özəlləşdirmə prosesinin ətraflı şəkildə araşdırılması fikiri ilə tam razıyam, bu mütləq həyata keçirilməlidir”- deyə o vurğulayıb.

 

O şirkəti özəlləşdirən şəxsə qarşı irəli sürülən maliyyə ittihamları ilə bağlı bildirib ki, “barəsində belə ciddi ittihamlar səslənən bir şəxs “Təbriz Maşınqayırma Zavodu” kimi bir müəssisəyə rəhbərlik etməməlidir.”

 

Rəhim Şöhrətifər

 

“Likvidliyin (nəqdinəgi) təmin olunması şərti, böyük bir sənaye müəssisəsinin özəlləşdirilməsi üçün yetərli deyil, bunun üçün əlavə önəmli şərtlər də olmalıdır”- deyə R.Şöhrətifər sözlərinin sonunda əlavə edib.

 

Bu barədə Qum şəhərinin İran parlamentindəki millət vəkili və Parlamentin Rəyasət Heyətinin katibi Əhməd ƏmirAbadi Fərahani isə sentyabnrın 6-da Twitter səhifəsində bir mətləb paylaşıb:

““Təbriz Maşınqayırma Zavodu”nun özəlləşdirilməsi prosesi ilə bağlı araşdırmanın nəticəsini Rəyasət Heyətinə təqdim etdik. Dəqiq məlumat var ki, şirkəti özəlləşdirən cənab Fərrüxzad idxalat məqsədi ilə dövlətdən 200 milyon avro alıb, lakin bütün valyutanı “qara bazar”da satıb. İndi ortaya sual çıxır ki, Maşınqayırma şirkətinin ən önəmli zavodlarından birini belə bir şəxsə satmaq düzgündürmü?!”- deyə millət vəkili bildirib.

 

Təbriz Maşınqayırma Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod sonralar dövlətin yanlış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Zavodun özəlləşdirmə adı ilə hökumət rəsmilərinə yaxın şəxslərə buraxılması məsələsi, yerli əhali ilə yanaşı bəzi millət vəkillərinin də ciddi etirazına səbəb olub.

 

Ötən həftələrdə Muğanın nəhəng aqrosənaye kompleksi də dəyərindən 1000 milyard tümən aşağı qiymətə hökumətə yaxın bir şirkətə satılıb. Yerli əhali bunu talançılıq adlandıraraq kompleksin dərhal qaytarılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar