SON XƏBƏRLƏR

“Təbrizin “Maşınsazi” komandası “Qostəreşe Fulad” adı ilə super liqa yarışlarına qatılacaq”

2021.10.20, 07:36
“Təbrizin “Maşınsazi” komandası “Qostəreşe Fulad” adı ilə super liqa yarışlarına qatılacaq”

Gunaz.tv

GünAz TV: Təbrizin “Qostəreş Fulad” klubunun icraçı direktoru Huşəng Nəsirzadə qarşıdakı mövsümdə Təbrizin “Maşınsazi” komandasının “Qostəreşe Fulad” adı ilə super liqa yarışlarına qatılacağını bildirib.

 

O bu dəyişikliyin tam olaraq qanuna uyğun olduğunu deyib.

 

“Qanun çərçivəsində bir prosesə başlamışıq. Təbrizin “Qostəreşe Fulad” komandasının super liqaya qazandığı vəsiqə bu şəhərin digər komandası “Maşınsazi”yə intiqal edilir. Qarşıdakı mövsümdə “Maşınsazi” komandası “Qostəreş Fulad”ın yerinə super liqada oynayacaq. Hər üç komanda (“Traxtur”, “Qostəreş Fulad” və “Maşınsazi”) Məhəmmədrza Zenuziyə aid olduğu üçün, o kağız üzərində komandaların adını dəyişdirə bilər. Bu təmami ilə qanuna uyğundur. Ona görə də qarşıdakı super liqada “Maşınsazi” komandası “Qostəreş Fulad” adı ilə, birinci dəstədə isə “Qostəreş Fulad” komandası “Maşınsazi” adı ilə oynayacaq”- deyə o bildirib.

 

Dəyişikliyin klubların sahibi M.Zenuzinin istəyi əsasında baş verdiyini bildirən H.Nəsirzadə əlavə edib ki, “Maşınsazi”nin “Qostəreş Fulad”dan daha çox tərəfdarı var, sözügedən dəyişiklikdə bu amilin də nəzərdə tutulduğu ehtimal edilir.

 

“Bu dəyişiklik heç bir komandaya ziyan vurmayacaq, komandaların oyunçuları bir-birinə transfer edilməyəcək”- deyə “Qostəreş Fulad” klubunun icraçı direktoru sözlərinin sonunda vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar