SON XƏBƏRLƏR

Təbrizin Mərkəzi Zindanında saxlanılan Səccad Şəhiri və Əli Əzizidən yeni xəbər var

2021.10.20, 07:36
Təbrizin Mərkəzi Zindanında saxlanılan Səccad Şəhiri və Əli Əzizidən yeni xəbər var

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Əli Əzizi və Səccad Şəhiri martın 2-də ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Təbrizin Mərkəzi Zidanının karantin bölümünə köçürüldüklərini bildiriblər.

 

Qərbi Azərbaycanın Urmiya və Sulduz şəhərlərindən olan fəalların müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümənlik ağır mülki vəsiqə qərarı çıxarılıb. Bu barədə fəalların ailə üzvləri Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə (bazporsi şöbəsi) müraciət etdikdən sonra məlumat alıblar.

 

Azərbaycanlı fəallar ailələri ilə telefon danışığında qanunsuz saxlanmalarına etiraz olaraq bir neçə gün aclıq aksiyası keçirdiklərini, həbsxanaya köçürüldükdən sonra aclığa son qoyduqlarını bildiriblər. Məlumata görə, Səccad Şəhiri fevralın 16-dan başlayaraq 5 gün, Əli Əzizi isə fevralın 29-dan başlayaraq 2 gün aclıq aksiyası keçirib.

 

Fəallar sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMOH qrupunda üzv olmaq ittihamları ilə üzləşdiklərini bildiriblər. Tanınmış milli-mədəni fəal Abbas Lisani ilə irtibat qurmaq onlara qarşı irəli sürülən ittihamlara əsas verən dəlil kimi göstərilib.

 

Qeyd etmək lazımdır ki, Abbas Lisani Ərdəbil məhkəməsində GAMAC qrupunu yaratmaq ittihamından bəraət qazanıb.

 

Azərbaycanlı fəal Əli Əzizi həmçinin Urmiya Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlandıqdan sonra birinci 48 saat ərzində işgəncəyə məruz qaldığını deyib. O işgəncələrdən sonra müalicə olunmaq istəyib, lakin tələbi təmin olunmayıb.

 

Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Təbrizin Ettelaat İdarəsinə aparılmışdır.

 

Əli Əzizi isə fevralın 26-da ailə üzvlərinə zəng edərək Urmiya Ettelaat İdarəsinin təcridxanasında 48 saat saxlandıqdan sonra Təbrizin Ettelaat İdarəsinin təcridxanasına aparıldığını deyib.

 

2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar