SON XƏBƏRLƏR

Təbrizin millət vəkili Güney Azərbaycanın müstəqillik məsələsi və “Azərbaycan milləti” məfhumu barədə danışıb – VİDEO

2021.10.20, 07:36
Təbrizin millət vəkili Güney Azərbaycanın müstəqillik məsələsi və “Azərbaycan milləti” məfhumu barədə danışıb – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan bir videoda aparıcının suallarını cavablandıraraq İranda qeyri-fars millətləri arasında müstəqillik fikirlərinin yaranması barədə xəbərləri təsdiqləyib, o bu kimi fikirlərin ölkədəki ədalətsizlikdən qaynaqlandığını bildirib.

 

M.Pezeşkiyan bəzi millət vəkilləri, o cümlədən Nadir Qazipur və Ruhulla Həzrətpurun “Azərbaycan milləti” ifadəsini işlətməsi ilə bağlı verilən sualın cavabında bildirib ki, bu ifadə ədəbi baxımdan işlədilir, onun “İran milləti” məfhumu kimi bir anlamı yoxdur.

 

“Biz sistemə önəm verib və qanuna əməl etsək, o zaman kimsə yaranan boşluqdan sui-istifadə edərək qövmlərin ayrılmasından danışa bilməz. Amma qövmlərin ilkin hüquqlarını təmin etməsək, hər kəsin fars olmasını tələb etsək , və ya lövhəsində farsca yazılmadığı üçün hansısa mağazanı cəzalandırsaq bunun nəticəsi yaxşı olmaz. Qanunun harasında yazıb ki, lövhə fars dilində yazılmayıbsa, ona qarşı tədbir alınmalıdır?!

Hesab eliyirəm ki, biz qövmlərin hüquqlarını qanun çərçivəsində tanıyıb və təmin etsək, yenə də bir millət və ümmət kimi qala bilərik. Bu, keçmişdə də belə olub.

Bizi Allah belə yaradıb: türk, bəluç, ərəb, kürd və s. İnsanların bir-biri ilə heç bir fərqi yoxdur. Qarşıdakı qövmdə müqavimət və müdafiə hissini yaradan təfəkkür tərzi, elə hansısa qövmü üstün tutan təfəkkürdür. İfrat və təfritə yol vermək düzgün deyil. Siz ifrata yol versəniz, şübhəsiz ki, qarşıdakı qövmdə də oxşar vəziyyət  yaranacaq və bölücülük kimi mövqelər ortalığa çıxacaq.”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

İranın parçalanmasından qorxan siyasətçilər son zamanlar “Milət”, “İran milləti”, “Vətən” və s. kimi terminlərin məfhumu barəsində müxtəlif əsərlər yazır və müzakirələr aparırlar. Bütün səylər ölkə əhalisində İrançılıq fikirini gücləndirmək və yenidən bərpa etməkdir. Şübhəsiz ki, panranistlər gün keçdikcə ümidsizliyə uğrayır və ölkədə yaşayan bütün millətlər siyasi məqsədlərə yönəlmiş məfhumları qəbul etməkdən imtina edirlər.

 

https://www.youtube.com/watch?time_continue=165&v=omFFGIMwblI

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar