Təbrizin millət vəkili: İranda milli təhlükəsizlik bəhanəsi ilə türklərin hüquqları tapdalanır

05.04.2018, 12:54

GünAz TV: Ötən günlərdə “Fars” xəbər agentliyi bir sıra azərbaycanlı millət vəkillərindən müsahibə alaraq onlara gələcək arzuları haqda suallar ünvanlayıb.

 

Təbriz, Azərşəhr və Üskünün millət vəkili Əhməd Əlirza Beyginin arzuları ilə bağlı suala verdiyi cavab xüsusi diqqət çəkir.

 

“İctimai zəmində 1397-ci il (hicri-şəmsi təqvimi ilə) üçün yalnız bir arzum var. O bundan ibarətdir ki, bu il bölgə əhalisinin qövmü və dilinə diqqət yetirmək üçün lazımi şərait yaransın, artıq bu məsələyə təhlükəsizlik məsələsi kimi baxılmasın. Lakin təəssüflər olsun ki, ölkə siyasətini müəyyənləşdirən qüvvələr hər zaman qövmlər və onların dili ilə bağlı məsələləri bir təhlükəsizlik hadisə kimi başa düşüb və ona diqqət yetirməkdən imtina ediblər”- deyə o bildirib.

 

Bu təhdid hissini toplumun qövmlərdən olan yanlış anlayışı ilə əlaqələndirən millət vəkili  qeyd edib ki, “Bu məsələ bizimlə keçmişimizin arasında qopuqluq yaradıb, bunun nəticəsində öz mədəniyyət, ədəbiyyat və incəsənətimizdən uzaq düşmüşük. Bəzi şeylər sinədən-sinəyə, nəsildən-nəsilə ötürülüb, lakin əsas türk mədəniyyəti, ədəbiyyatı və qrammatikasından xəbərsizik.”

 

Azərbaycanlı millət vəkili mədəniyyəti oksigenə bənzədərək əlavə edib ki, “Bu oksigen bizə çox görülərsə, o zaman hər kəs başqa bir oksigen axtarışına çıxacaq, bu isə təhlükəli bir məsələyə çevrilə bilər”- deyə o vurğulayıb.

 

Adını çəkdiyimiz millət vəkilindən başqa digər azərbaycanlı deputatlar Məsud Pezeşkiyan, Məhəmməd İsmayıl Səidi, Məsumə Ağapur Əlişahi və Salman Xudadadi arzularını dilə gətirərkən Azərbaycanın milli məsələlərinə heç bir işarə etməyiblər. Bu, millət vəkillərinin əksəriyyətinin kimin tərəfindən seçildiyi və kimə xidmət etməsini göstərməklə yanaşı Azərbaycan əhalisinin millət vəkillərinə deyil, öz gücünə arxalanmasının gərəyini vurğulayır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

2022-05-19

gun az article

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

2022-05-19