Təbrizin millət vəkilindən “Traxtur” tərəfdarlarını qaragüruhçu adlandıran “İdman kanalı”na etiraz...

05.11.2019, 04:16

GünAz TV: Ötən həftə “İstiqlal”la görüşdən sonra “İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarlarının davranışını müzakirə ediblər.

 

Onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr adlandırıb. Verilişdə dünya üzrə məşhur olan komandanın cəzalandırılması da tələb olunub.

 

Bu hadisə Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub. O bu barədə İran Teleradio Şirkətinin rəisi Dr. Əli Əsgəriyə etiraz məktubu ünvanlayıb.

 

“Verişin qonağı “Traxtur” tərəfdarlarının ünvanına yersiz və təhqiramiz ittihamlar səsləndirdi. Lazım gələrsə, bu məsələyə qanun çərçivəsində baxıla bilər. Verilişdə təxminın 100 min azarkeş və milyonlarla televiziya tamaşaçısı düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr kimi qiymətləndirildi.

Əgər söhbət barmaq sayısında olan müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün “Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi?! Onlar şəhid ailələrini aşağılamışdır.

Mə üçün Tehran stadionlarında müqəddəslər təhqir olunduğu və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə analizlər ortaya çıxmır?!

Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənilməsi etnik zəmində nifaq salmaq və milli birliyə xələl gətirməkdən başqa heçnə deyil.

Futbol idmanı və hətta Tehranın hökumətə bağlı komandalarının Təbriz və Azərbaycana mənəvi borcu var. Azarkeşlər stadionları küsərək tərk etdiyi zaman “Traxtur” tərəfdarlarının aktivlik göstərməsi idman meydanlarını yenidən canlandırdı.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Millət vəkili məktubun sonunda Teleradio Şirkətindən Azərbaycanın hörmətli əhalisi və “Traxtur” tərəfdarlarını aşağılamağa son qoymasını istəyib. O həmçinin vurğulayıb ki, “söhbət qanunu pozan komanda oyunçuları və ya azarkeşlərin müdafiə etməsindən getmir. Əsas məsələ oldur ki, bəzi komandaların hökumətə bağlı olması və Futbol Federasiyasının ayrı-seçkiliyə yol verməsi görünən çaxnaşmalara səbəb olur. Bu səbəblər aradan qalxarsa, problemlər də öz həllini tapar və stadionlarda əxlaqlı davranışa şahid olarıq.”

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18

gun az article

Çanaqqala zəfərinin 108-ci ildönümüdür

2023-03-18