Təbrizin nümayəndəsi: Hökumət bir daha xalqın etibarını qazana bilməyəcək

2021-01-19 14:56

İranda davam edən iqtisadi böhranın son vaxtlar dahada şiddətlənməsi, ölkənin İqtisadiyyat naziri, “Səhm və Qiymətli Kağızlar Fondu”nun rəisinin məclisdə hesabat verməyə çağrılması, sonuncunun bu gün istefa verməsi müxtəlif reaksiyalara səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Təbriz, Tufarqan(Azərşəhr) və Üsküdən İran Parlamentinə seçilən Əhməd Əlirzabəyli məsələ ilə bağlı müsahibə verib.


O, “İSNA” xəbər agentliyinə bildirib: “Aydın olan budur ki, insanların kapital bazarına olan inamı hökumət tərəfindən tamamilə yandırıldı. Bu etibar heç bir şəkildə bərpa olunmayacaq.

 

Müsahibəsində Əhməd Əlirezabəyli kapital bazarının vəziyyəti və xalq kapitalının itirilməsi barədə bunları deyib: "İqtisadiyyatımızın əsas problemi hökumətin iqtisadiyyatda payının çox olması və əslində iqtisadiyyatımızın tamamilə dövlətə məxsus olmasıdır."

 

Nümayəndəyə hökumətin bu məsələdə Azərbaycana qarşı fərqli yanaşdığını bildirib:


“Hökümət əmlakını kapital bazarında yüksək qiymətə satmaq niyyətindədir və bunu da etdi. Fəqət bu arada bir ayrı-seçkiliyin şahidi olduq. 70 min hektar torpaq sahəsi olan və hər hektarın həqiqi qiyməti bir milyard tümən civarında dəyərləndirilən "Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksi" yalnız 1850 milyard tümən qiymətinə satılır. Bunun 100 milyard tüməni nağd, qalan hissəsi isə 10 il müddətinə kreditlə ödənilir. Bu, o torpaqların həqiqi dəyərindən dəfələrlə aşağıdır”.

 

Nümayəndə “Səhm və Qiymətli Kağızlar Fondu”nun rəisinin istefa verməsini çıxış yolu olmadığını, problemin daha dərin olduğunu deyib.

 

Təbrizli nümayəndə ölkə kapitalının kiçik bir qrupun əlində toplaşdığını, ədalətli paylaşımın olmadığını söyləyərək fikrini bu sözlərlə bitirib:

 

“İstəyimiz iqtisadi infrastrukturu dəyişdirməkdir. Çünki indi cəmiyyətin sərvətinin 80% -i hökumətin, 15% -i ölkə əhalisinin 3% -nin və ölkənin sərvətinin yalnız 5% -i 79 milyon iranlının əlindədir. Bütün oğurluqlar və talanlar xalqın sərvətinin (hökumət tərəfindən) ələkeçirilməsindən sonra baş verdi”.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.22.2021-Sözümüz: Ermənilərin April Yalanı

2021-04-23

gun az article

GünazTV April.22.2021- Düşünməyə Çağırı: 24 Aprel Yalanı və İranın Ermənistan Siyasəti

2021-04-23

gun az article

GünazTV April.22.2021: MİXİ YAZILI ƏDƏBİYYATIMIZ

2021-04-23

gun az article

Beynəlxalq yarışda xəsarət alan zənganlı idmançı mübarizəni dayandırdı

2021-04-22

gun az article

Muğanda "yaşıl soyqırım": Hektarlarla meşə sahəsi yox edilir-VİDEO

2021-04-22

gun az article

Təbrizli əczaçılar etiraz aksiyası keçirib

2021-04-22

gun az article

Urmuda avtobus qəzası: 18 nəfər xəsarət alıb

2021-04-22

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22

gun az article

Zənganda antik əşya əməliyyatı: Qaçaqmalçı ələ keçdi

2021-04-22

gun az article

"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-04-22

gun az article

Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22

gun az article

GünazTV April.21.2021-Görüş: İran-Qərb müzakirələrdə Çin'in rolü, İran'da seçkilər və Güney Azərbaycan Hərəkatı

2021-04-22

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-04-21

gun az article

Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21

gun az article

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

2021-04-21

gun az article

Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21

gun az article

Güneyli yazıçının məhkəməsi olacaq-Mehdi Səlimiyə qarşı absurd ittihamlar irəli sürülüb

2021-04-21

gun az article

Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21

gun az article

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21