Təbrizin millət vəkili prezident seçkilərində iştirak edəcək: "Ölkədə hərbi vəziyyət elan olunmalıdır"

2021-04-17 13:45

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyun ayının 18-də keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama verib. O, namizədliyini irəli sürəcəyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

İslahatçı qanadın rəhbərləri ilə görüşü barədə yayılan şayiələrə münasibət bildirərən Məsud Pezeşkiyan bunun uydurma olduğunu qeyd edib. Pezeşkiyan bunun uydurma olduğunu qeyd edib.

“Xatəmi ilə görüşüm olmayıb və onunla məsləhətləşməmişəm”-deyə, o, bildirib.

 

M.Pezeşkiyan seçkilərlə bağlı qəti qərar verdiyini, İran parlamentinin hazırkı sədri Əli Laricani və başqa hər hansı bir şəxsin xeyrinə namizədliyini geri götürməyəcəyini deyib.

"Ölkədəki hazırki durumdan razı deyiləm. Ancaq 2017-ci ilin seçkiləri təkrar olsaydı yenidən Həsən Ruhaniyə səs verərdim”-deyə, o bildirib.

 

Təbrizin millət vəkili koronavirusun ortaya çıxardığı çatışmazlıqlara da toxunub. O, durumdan narazılığını ifadə edib, Koronovirusla Mübarizə Mərkəzinin fəaliyyətinin qeyri-elmi və yarıtmaz olduğunu, bu qurumun heç bir icrayi gücünün olmadığını söyləyib.

 

Pezeşkiyan koronavirusa qarşı daha effektiv mübarizə aparmaq üçün ölkədə hərbi vəziyyət elan olunmasının vacib olduğunu bildirib.

İranın mühafizəkar siyasi qanadına yaxın xəbər agentlikləri prezident seçkilərində İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) üzvlərindən olan Hüseyn Dehqan və Səid Məhəmmədnin namizədliklərini irəli sürəcəklərini proqnozlaşdırırlar.
 


Seyid Əli Xamneyinin müdafiə işləri üzrə məsləhətçisi Hüseyn Dehqan bundan öncə mətbuata verdiyi açıqlamada prezidentliyə namzədliyini verəcəyini təsdiq edib.

İslahatçılar bunu ölkənin daha çox avtoritorizmə yuvarlanması yönündə atıla biləcək təhlükəli addım kimi dəyərləndirirlər.

 

Qeyd edək ki, S.Ə.Xamneyinin “böyük uğur” adlandırdığı İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu. Bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi.

Prezident seçkilərində daha az iştirak gözlənildiyi üçün vətəndaşları seçkiyə cəlb etmək üçün müxtəlif siyasi manevrlər edilir. 

 

Məsud Pezeşkiyan İran siyasətində və Azərbaycanda nüfuzlu şəxslərdən sayılır. Onun namizədliyini irəli sürməsi ölkə seçicilərinin, özəlliklə də ötən prezident seçkilərinə əhəmiyyət verməyən azərbaycanlıların aktivliyini artıra bilər.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Kiyanuş Aslani "Evin" həbsxanasına geri dönüb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14