SON XƏBƏRLƏR

Təbrizin “Qostəreş Fulad” klubu “Bani Qostər” adı ilə bu şəhərə intiqal edilir

2021.10.20, 07:36
Təbrizin “Qostəreş Fulad” klubu “Bani Qostər” adı ilə bu şəhərə intiqal edilir

Gunaz.tv

GünAz TV: Təbrizin “Qostəreş Fulad” Futbol Klubunun yeni sahibi klubun Təbrizdən Urmiyə şəhərinə intiqal ediləcəyini açıqlayıb.

 

Əmir Hüseyn Əlaqebənd avqustun 14-də “İsna” xəbər agentliyinin müxbiri ilə danışığında klubun Təbrizdən Urmiyəyə intiqal edilməsi ilə bağlı bütün prosedurların keçildiyini qeyd edib. Onun sözlərinə görə, klub Urmiyə şəhərində “Bani Qostər” adı ilə fəaliyyət göstərəcək.

 

“5-ci maddənin komissiyası və klubun Şərqi Azərbaycandan çıxarılması məsələsi artıq rəsmi şəkildə təsdiqlənib. Yaxın 2 gündə klubun intiqalı ilə bağlı qalan işlər də yekunlaşacaq. İnşallah birinci liqanın 3-cü həftəsindən Urmiyədə oyunlara başlanılacaq”- deyə o bildirib.

 

Klubun yeni sahibi əlavə edib ki, “oyunçuların müqaviləsi də imzalandıqdan sonra təxminən heç bir problem qalmır və bundan sonra bütün yarışlarda güclü şəkildə iştirak edəcəyik.”

 

Qeyd edək ki, “Qostəreşe Fulad”ın keçmiş sahibi Məhəmmədrza Zenuzi olub, o hazırda Təbrizin “Traxtur” və “Maşınsazi” klublarının sahibidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar