SON XƏBƏRLƏR

Təbrizin Səhənd Sənaye Universitetinin öyrənciləri etiraz yığıncağı keçirib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizin Səhənd Sənaye Universitetinin öyrənciləri etiraz yığıncağı keçirib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin Səhənd Sənaye Universitetinin öyrənciləri bundan əvvəl irəli sürdükləri tələblərin təmin edilmədiyinə etiraz olaraq aksiya keçiriblər.

 

Onlar bu məqsədlə dekabrın 4-də bir araya gələrək “Qeyrətli öyrənci; etiraz, etiraz” və “Öyrənci ölər, zilləti qəbul etməz” şüarları səsləndiriblər. Öyrəncilər həmçinin yeməklərin keyfiyyətinə etiraz edərək yeməklə dolu qabları universitetin həyətində yerə düzüblər.

 

Öyrəncilər universitet məsullarını onların tələblərinə laqeyd yanaşmaqda günahlandırıb. Onlar əsasən hökumətin universitetdə tətbiq etdiyi bəzi siyasətlər və universitetin verdiyi xidmətlərin zəif olmasına etiraz bildirib.

 

Öyrəncilər universitetin təhlükəsizlik mühitinə çevrilməsi və bir çox xidmətlərin ödənişli olduğundan da şikayətlənib.

 

Oxşar yığıncaqların Tehranın Əmir Kəbir Sənaye Universiteti, Tehranın Əllamə Təbatəbayi və Kirmanşahın Razi universitetlərində keçirildiyini bildirilir.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar