GünAz TV: Təbrizin “Traxtur” futbol komandası ilə Xuzistanın “Fulad” komandası arasında keçirilən yarışda bir çox milli şüarlar səsləndirilib.
Dekabrın 14-ü səhənd stadionunda verilən şüarlardan biri də “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” şüarı olub. Vahid Azərbaycanın yaradılması tələbi ilə səsləndirilən şüar internet istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Traxtur”-“Fulad” görüşündə 70 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib, oyun 1:2 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb.
https://www.youtube.com/watch?time_continue=2&v=Yr5fWYmJSio
N.S