SON XƏBƏRLƏR

Təbrizin “Şəhrdari” komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırdı – Səbəb?

2021.10.20, 07:36
Təbrizin “Şəhrdari” komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırdı – Səbəb?

Gunaz.tv

Təbriz Bələdiyyə İdarəsi məsullarının laqeyd münasibəti nəticəsində bu şəhərin “Şəhrdari” futbol komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırıb.

 

Bu barədə Elm və Ədəb Klubu (Şəhrdari-i Təbriz” bəyanat yayaraq verdiyi qərarın səbəblərini açıqlayıb.

 

“Bildiyiniz kimi, Təbrizin Bələdiyyə İdarəsi bir müddət əvvəl nəzarətində olan bütün idman komandalarını ləğv etdi. Elm və Ədəb Klubu əyalətin futboluna dəstək vermək məqsədi ilə futbol komandasının lisenziyasını aldı. Lakin Bələdiyyə İdarəsinin bəzi məsulları müxtəlif yollarla maneçilik yaradaraq komandanı bir çox problemlə üz-üzə qoydular.

 

Bələdiyyə İdarəsi komandanın problemlərinin həlli istiqamətində heç bir addım atmır. İş o yerə çatıb ki, Bələdiyyə İdarəsi hətta Təbriz Şəhər İcra Hakimiyyəti başçısının komandanın adının dəyişdirilməsi ilə bağlı verdiyi göstərişə də əməl etmir.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Klub rəhbərliyi bəyanatın sonunda İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırdıqlarını açıqlayıb.

 

“Bəziləri şəxsi qərəz səbəbindən klub üçün ardıcıl problemlər yaradır. Bunun nəticəsində komanda zəifləyib və transfer pəncərəsi bağlanıb. Ona görə də klub rəhbərliyi I dəstənin yarışlarında komandanın mübarizəsinin dayandırılması haqda qərar qəbul edib. Komanda, adı dəyişdirilənə və kluba münasibət dəyişənədək yarışlara qatılmayacaq.”- deyə bəyanatda vurğulanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar