SON XƏBƏRLƏR

Təbrizin Şohəda xəstəxanasında natəmizlik baş alıb gedir – VİDEO

2021.10.20, 07:36
Təbrizin Şohəda xəstəxanasında natəmizlik baş alıb gedir – VİDEO

Gunaz.tv

GünAz TV: Son vaxtlar Güney Azərbaycanda xəstəxanalar digər müəssisələr kimi baxımsız vəziyyətə düşüblər.

 

Təbrizin Şohəda xəstəxanasından əldə edilən videoda tibb müəssisəsində natəmizliyin baş alıb getdiyi görünür.

 

Səhiyyə Şöbəsinin diqqətindən kənarda qalan müəssisə dövlət xəstəxanasıdır, orada müalicə alan xəstələrin əksəriyyəti yoxsul təbəqənin üzvləri sayılır. Maddi imkanı yaxşı olanlar müalicə üçün özəl xəstəxanalara müraciət edir.

 

Güney Azərbaycanın əksər şəhərləri, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərlərində dövlət xəstəxanaları natəmiz vəziyyətdədir. Bu xəstəxanalar bəzi hallarda yoluxucu xəstəliklərin qaynağına çevrilir.

 

Aşağıdakı video Təbrizin Şohəda xəstəxanasının hansı vəziyyətdə olduğunu göstərir:

https://www.youtube.com/watch?time_continue=19&v=PMKAGPaDcF8

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar