SON XƏBƏRLƏR

Təbrizin “Tavrij” adı ilə təqdim olunması davam edir, bu dəfə inşaat şirkəti...

2021.10.20, 07:36
Təbrizin “Tavrij” adı ilə təqdim olunması davam edir, bu dəfə inşaat şirkəti...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərinin “Tavrij” adlandırılması faktına növbəti dəfə rast gəlinib, bu, azərbaycanlı fəalların sərt reaksiyası ilə qarşılanıb.

 

Bir müddət əvvəl Azərbaycan və Təbriz şəhərinə qarşı başlayan proses bu dəfə “İran sazə” İnşaat Şirkəti tərəfindən davam etdirilib.

 

Məlumata görə, Təbrizin Vəliəsr məntəqəsində yaşayış kopleksi layihəsini icra edən şirkət “Tavrij bağ qülləsi” lövhəsini quraşdıraraq Təbrizin tarix və kimliyini kürd qruplaşmalarının xeyirinə təhrif edib.

 

 

Məlumata görə, Təbriz və Azərbaycanın digər bölgələrində müxtəlif inşşat layihələri yarımçıq buraxıldığı halda, bu layihə çərçivəsində 1 ay ərzində xeyli iş görülüb. 

 

Mayın 14-də GünAz TV izləyicilərindən bir neçəsi bildirib ki, layihəni icra edən şirkətin bütün işçiləri fars və ya kürdlərdən ibarətdir.

 

33 mərtəbəli binanın tikinti işlərini icra etməkdə olan məlum şirkət bundan əvvəl “El gölü” Pars Hotelini də tikib. Həmin hotelə “Pars” adının verilməsi də xüsusi diqqət çəkir.

 

Təbrizin adının “Tavrij” kimi yazılması hər zaman azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız “Təbriz Kürdüstan olmaz", "Təbriz əbədi Təbriz olaraq qalacaq" və "Tavrij saxta bir sözdür” haştaqları yaradaraq rejimin qərəzli planına etiraz bildiriblər.

 

Etirazlardan sonra “İran sazə” Şirkətinin rəhbərliyi lövhənin dəyişdiriləcəyini açıqlayıb, lakin hələlik verilən vəd yerinə yetirilməyib.

 

Xatırladaq ki, İran hökumətinin dəstəklədiyi bir çox saytlarda, o cümlədən “Parsi-wikipedia” və “Vajehyab” kimi lüğət saytlarında, eləcə də “Sepah” və kürdlərə yaxın bəzi terrorçu qruplaşmalara bağlı saytlarda, “Tavrij”in ari (Ariya), kürd və ya erməni dilindən götürüldüyü iddia olunur. Halbu ki, bu söz təmami ilə saxtadır və İran rejiminin irqçi fikir otağında düzəldilmiş bir sözdür.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar