SON XƏBƏRLƏR

Təbrizli alpinist 2018-ci il Qış Olimpiya Oyunlarının məşəl daşıyıcısı oldu

2021.10.20, 07:36
Təbrizli alpinist 2018-ci il Qış Olimpiya Oyunlarının məşəl daşıyıcısı oldu

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı dünyaşöhrətli idmançı 2018-ci il Qış Olimpiya Oyunlarının məşəl daşıyıcısı kimi seçilib.

 

Bu barədə Şərqi Azərbaycan İdman və Gənclər İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat verib.

 

Xəbərə əsasən, təbrizli alpinist (dağçı) Əzim Qeyçisaz 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Phençhan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlini gəzdirəcək.

 

Məşəl Phençhana çatandan sonra 101 gün müddətinə 7500 nəfər tərəfindən müxtəlif şəhərlərə aparılacaq.

 

Bu, Cənubi Koreyada keçiriləcək birinci Qış Olimpiya Oyunlarıdır.

 

Oktyabrda qədim Olimpiya şəhərində (Yunanıstan) 2018-ci il Qış Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib, məşəli daşıyan ilk idmançı yunanıstanlı Apostolos Angelis olub. Bir həftə ölkənin müxtəlif şəhərlərinə aparılan məşəl oktyabrın 31-də Phençhan-2018 Təşkilat Komitəsinin nümayəndəsinə təhvil verilib.

 

Dünyanın ən böyük mədəni hadisələrindən biri olan, Olimpiyada Oyunlarına geri saymanı bildirən məşəl mükəmməllik, dostluq və hörmət kimi dəyərlərlə insanları bir-birinə bağlayır və ilham verir.

 

Xatırladaq ki, təbrizli dağçı Əzim Qeyçisaz Himalay dağlarının 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth edib.

 

O mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya dağçılıq səkkiz minliklər klubuna qoşulmağı bacarıb.

 

Dünyaşöhrətli idmançı Himalay dağlarının ən hündür zirvəsi sayılan Lhotse zirvəsini fəth etmək üçün 40 gün ardıcıl çalışıb, dağçı bunun üçün 9 il hazırlaşıb.

 

Əzim Qeyçisaz dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 17-ci dağçıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar