Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27 13:24

Təbrizin İran Milli Məclisindəki deputatı Əhməd Əlirzabeygi İrançılıq ideologiyasını irqçilik adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

İrançılıq panfarslar tərəfindən hazırlanmış faşist ideologiya hesab edilir. Bu ideologiyanın əsas məqsədi İranda yaşayan millətlərin dillərini, mədəniyyətlərini və tarixini bir etməkdir. 


Əhməd Əlirzabeygi ötən gün bununla bağlı "Twitter" hesabında yazdığı statusda sözügedən ideologiyanı irqçilik adlandırıb. 


"İrançılıq ideologiyası faşist və irqçi düşüncələri ilə millətlərin mədəniyyət və adət- ənənələrinin yayılmasına "pan" damğası vuraraq əngəl törədir və bu sahədə addım atan hər kəsi İranı məhv etməkdə ittiham edir. "Pan" olmağın hər bir forması qınanılandır. İstər paniranizm olsun, istər pantürkizm! Hər ikisi qayçının kəsici ücüdür!", - deyə deputat yazıb. 


O, həmçinin bu faşist ideologiyanın İranın icra aparatlarında yayılması və məsulların son addımlarına da toxunub: 


"O vaxt Yol və Şəhərsalma naziri olan Abbas Axundi Təbriz- Məşhəd qatarının qəzaya uğraması zamanı özünün nifrət doğuran çıxışı ilə yaxınlarını itirən ailələrə baş sağlığı vermək əvəzinə, ölənlərin sığortalı olmasından danışmışdı. Hazırda isə o, universitetlərdə irançılıq ideologiyasında məruzələr deyir!"


Əhməd Əlirzabeygi qeyd edib ki, Abbas Axundinin həmin hadisə zamanı dediyi bu irançılıq ideologiyasının bariz nümunəsi idi və heç vaxt nə İran, nə də Azərbaycan xalqının yadından çıxmaz. 


Son günlər Quzey Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etməsi fonunda sosial şəbəkələrdə faşist irançılıq ideologiyasının tərəfdarları yenidən Azərbaycan türklərinə qarşı nifrət dolu məzmunlar paylaşırlar. 


Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra irançılıq düşüncələri yenidən, həm də daha kəskin formada dövlətin gündəliyinə salınıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21