Təbrizli deputat namizədlərin diskvalifikasiya edilməsini tənqid edib

2021-06-14 12:26

İran parlamentindəki təbrizli millət vəkili Məsud Pezeşkiyan Keşikçilər Şurasının fəaliyyətini tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

O, qurumun bir çox tanınmış siyasətçinin, o cümlədən onun özünün namizədliyinin ləğv etməsini qınayıb.
İRNA xəbər agentliyinə danışan Təbrizin islahatçı deputatı Pezeşkiyan, İran televiziyasında yayımlanan prezidentliyə namizədlərin debatlarında xalqa verdikləri vədləri də tənqid edib.


O, deyib ki, namizədlər elə vədlər verməlidirlər ki, prezident seçildikləri təqdirdə, vədləri yerinə yetirə bilsinlər. İranın sabiq islahatçı prezidenti Məhəmməd Xatəminin dövründə səhiyyə naziri olan Pezeşkiyanın namizədliyi keşikçilər Şurası tərəfindən təsdiqlənməyib.


Təbrizli deputat müsahibəsində Keşikçilər Şurasının namizədləri diskvalifikasiya etməsini tənqid edərək, bu şura tərəfindən tənzimlənmiş namizəd siyahısının xalqı səsvermə sandıqlarına gətirə bilməyəcəyini ifadə edib.

"Seçki zamanı maksimum iştirak olmadıqda, qarşı tərəf [fundamentalistlər] müəyyən bir səsə sahib olacaq və bu səslə rəqabətdə qalib gələ bilər"-Deputat belə deyib.

Pezeşkiyan düşünür ki, Əbdülnasir Himməti və Möhsün Mehrəlizadə islahatçılar və xalq tərəfindən dəstəklənməyəcək.


Pezeşkiyan namizədlərin verdiyi vədləri tənqid edib.
"Bir namizəd ölkədəki işsizlik problemini həll edəcəyini deyir, amma bu problemin hansı mənbələr və üsullarla həll etmək istədiyi aydın deyil. Başqa bir namizəd bölgədəki ölkələrlə münasibətləri inkişaf etdirmək istədiyini söyləyir.

Bölgə ölkələri sizi dinləyir, yoxsa Amerikanı? İranla 1 milyard dollar, ABŞ ilə 100 milyard dollar ticarət həcmi olan bir ölkə, sizinlə münasibətləri necə inkişaf etdirmək istəyər?" -deyə İranlı deputat sual edib.


İran Parlamentinin birinci sədr müavini, ölkədə siyasi qüdrəti paylaşmaq üçün hakimiyyətin sol və sağ, dindar və dindar olmayanlara ədalətli şəkildə dağıdılmalı olduğunu irəli sürüb.

O, Keşikçilər Şurasının namizədləri diskvalifikasiya etməkdə heç bir müəyyən parametr və meyarlara əsaslanmadığını söyləyib, şuranın subyektiv yanaşdığını və haqq-ədalətə söykənmədiyini irəli sürüb.


Təbrizli millətvəkili Pezeşkiyan namizədliyi təsdiqlənmədikdən sonra parlamentdə çıxış edərək Keşikçilər Şurasının qərarını sərt tənqid etmişdi. 

"Xalqımız bizim haqda yaxşı sözlər danışmır. Biz təqsirliyik. Rəftar və baxışımıza düzəliş verməliyik, yoxsa bu ölkə təhlükə ilə qarşı-qarşıya qalacaq"-Məsud Pezeşkiyan demişdi.


O həmçinin çıxışında demişdi ki, "Bizim yaşadığımız icmada siyasət, iqtisadiyyat, mədəniyyət və etnik zəmində ədaltsizlik mövcuddur və bu da təkzibedilməzdir. Mən əgər Kürdistanda və ya Bəluçistanda dünyaya gəlsəm ən yaxşı və istedadlı insan da olsam siyasət sahəsində yer ala bilməyəcəyəm.”  (amerikaninsesi)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31