SON XƏBƏRLƏR

TƏBRİZLİ FƏAL HƏBS EDİLİB

2021.10.20, 07:36
TƏBRİZLİ FƏAL HƏBS EDİLİB

Gunaz.tv
TƏBRİZLİ FƏAL HƏBS EDİLİB valayi-1.jpg İfadə verməsi üçün iyulun 15-də ETTELAAT-ın Təbrizdəki idarəsinə çağırılan milli fəal Həmid Valayi həbs edilib. «Media forum» saytının məlumatına görə, Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvü, Təbriz Universitetinin hüquq fakültəsinin məzunu olan 27 yaşlı H.Valayi bu günə qədər azərbaycanlı tələbələrin buraxdığı bir sıra nəşrlərdə məqalələrə çıxış edib. Təbrizli fəalın ailəsi və digər yaxın adamları onun harda saxlandığı barədə məlumatsız olduqlarını deyiblər. «Media forum» ------------------------------------------------------------------------- Bernar Kuşner: “Beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir” bernarkushner1.jpg Bakı. Tamara Qriqoryeva-APA. “ATƏT ərazisində həlli uzadılmış münaqişələrin nizamlanması zamanı daha dinamik hərəkət etməli və yeni düşüncə tərzinə sahib olmalıyıq”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT Daimi Şurasının Vyanada keçirilən toplantısında Avropa İttifaqına sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner söyləyib. XİN başçısı bildirib ki, beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir. O, həmçinin ATƏT ölkələrini təşkilatın prinsiplərinə riayət etməyə çağırıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar