Təbrizli fotojurnalist Rza Diqqəti mətbuat nümayəndələri ilə görüş keçirib

2021-02-16 17:26

Bakı şəhərinin Heydər Əliyev Mərkəzində dünyaca məşhur fotoqraf Rza Diqqətinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.

Gunaz.tv Quote | Gunaz article

R. Diqqəti fotoları ilə bəşəriyyətə xidmət göstərməyə çalışdığını vurğulayıb: "55 il ərzində dünyanın bir çox jurnallarında, o cümlədən "National Geographic" jurnalında çalışmışam. Fotolarımda hər zaman insanları göstərməyə və onların sözlərini dünyaya çatdırmağa cəhd eləmişəm".


Bundan sonra R. Diqqətinin fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub.


Daha sonra əsərlərində bəhs edən fotoqraf indiyə kimi 33 kitabının çap edildiyini, onların içində Azərbaycana aid nəşrlərin də yer aldığını diqqətə çatdırıb: "Mənim 20 Yanvar, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitablarım da var. Bu kitablar Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən nəşr edilib".


O, həmçinin birinci və ikinci Qarabağ müharibəsində çəkdiyi şəkilləri də müqayisə edib: "Birinci Qarabağ müharibəsi zamanı döyüşçülərlə birgə Şuşada, mədəniyyət evinin qabağında şəkil çəkdirmişdik. Şuşa azad edildikdən sonra mən o şəkli çap edib yenidən Şuşaya getdim, lakin o binanı tapa bilmədim, ermənilər tamamilə dağıtmışdı".


Dünyada indiyə qədər 460 sərgisinin təşkil edildiyini diqqətə çatdıran fotoqraf onların bir neçəsinin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı olduğunu vurğulayıb.


Riza Diqqəti Parisdə yaşayan Təbriz doğumlu güney azərbaycanlıdır. O, 2005-ci ildə “Fransanın Ləyaqət Nişanı-Şuvaliye”nı, 2010-cu ildə isə New Yourk-da fotoqrafçıların Oskarı sayılan Lesi mükafatına layiq görülüb.

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15