SON XƏBƏRLƏR

Təbrizli gəncin bağışladığı ürək bir nəfəri ölümün pəncəsindən xilas edib

2021.10.20, 07:36
Təbrizli gəncin bağışladığı ürək bir nəfəri ölümün pəncəsindən xilas edib

Gunaz.tv

GünAz TV: 34 yaşlı təbrizli gəncin bağışladığı ürək bir nəfərin həyatını xilas edib.

 

Təbriz xəstəxanasının yaydığı məlumata əsasən, beyin ölümünə düçar olan gəncin ailəsi onun ürəyini ehtiyacı olan xəstəyə bağışlayıb. Ürək dərhal Tehran aparılıb və xəstəxanada ağır vəziyyətdə yatan 59 yaşlı xəstəyə köçürülüb.

 

Xatırladaq ki, tez-tez vəfat etmiş güney azərbaycanlıların ailələrinin humanist addım olaraq yaxınlarının bədən üzvlərini digərlərinə bağışlayaraq onların həyatlarını xilas etmələri barədə xəbərlər yayılır. Sonuncu dəfə təbrizli 1 kişinin bağışladığı bədən üzvləri 4 nəfəri ölümün pəncəsindən xilas etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar