SON XƏBƏRLƏR

Təbrizli iş adamı: Bizdən daha çox vergi tələb olunur, qarşılığında isə heç bir iş görülmür – VİDEO

2021.10.20, 07:36
Təbrizli iş adamı: Bizdən daha çox vergi tələb olunur, qarşılığında isə heç bir iş görülmür – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizdə iş adamlarından biri bir video yayaraq Vergi İdarəsinin təzyiqi altında fəaliyyət göstərdiklərini bildirib.

 

“Vergi İdarəsi davamlı olaraq iş adamları ilə əlaqə saxlayır və vergi tələb edir. Lakin bunun qarşılığında şəhərdə heç bir abadlıq işi görülmür. Bu vəziyyət iqtisadi sahədə fəal olan çox sayda insanı Təbrizdən qaçaq salıb. Təbriz digər bölgələrə nisbətən daha çox vergi ödəyir”- deyə o qeyd edib.

 

İş adamı bildirib ki, “hətta bu gün (mayın 10-u) vergi idarəsindən mənlə əlaqə saxlayıblar. Verginin ödənişində gecikmə varsa, biz hər gün üçün 80 faiz cərimə ödəməliyik...”

 

İş adamı sözlərinin davamında dövlətin “Təbriz 2018” layihəsinə laqeyd yanaşması, şəhərdə xiyabanların pis vəziyyətdə olması, yatırımçıların problemləri və s. kimi məsələlərdən söz açıb. Onun açıqlamalarını aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=JjITVi0pLDA

 

İranda vergi dərəcələri olduqca ədalətsiz bir şəkildə tənzimlənib. Ən yüksək vergi dərəcələri Güney Azərbaycan əyalətlərindədir. Bu məsələ yatırımçıların bölgədən qaçmasına səbəb olan əsas amillərdən biridir. Bunun nəticəsində çox sayda sənaye və istehsal müəssisəsi fəaliyyətini dayandırıb, yarı fəal vəziyyətində fəaliyyət göstərən müəssisələr isə işçilərinin maaşını ödəyə bilmir. Bütün bunlar Güney Azərbaycanda işsizlər ordusunun sıralarını getdikcə genişləndirir.

 

Ötən ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində vergi dərəcəsinin artımı Şərqi Azərbaycan üçün 13.9, Zəncan vilayəti üçün 28, Qərbi Azərbaycan üçün 7.6, Tehran vilayəti üçün 6.7, İsfahan vilayəti üçün 2 və Fars vilayəti üçün 6.6 faiz nəzərdə tutulmuşdur. Bu rəqəm ölkə vilayətləri arasında orta hesabla 9.8 faizdən ibarət olmuşdur.

Araşdırmalara görə, İranın 500 böyük şirkətindən hazırda 12 şirkət Güney Azərbaycan Əyalətlərində fəaliyyət göstərir, onlardan yalnız birisinin dövlət şirkəti olduğu bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar