SON XƏBƏRLƏR

Təbrizli kişinin bədən üzvləri iki nəfərin həyatını qurtarıb

2021.10.20, 07:36
Təbrizli kişinin bədən üzvləri iki nəfərin həyatını qurtarıb

Gunaz.tv

GünAz TV: Azərbaycan diyarında hər gün ülvi və insani dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir.

 

Təbriz şəhərinin İmam Rza Tibb Mərkəzində beyin ölümünə düçar olan bir kişinin bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.

 

Bu barədə Tibb Mərkəzinin rəisi Məhəmməd Əlizadə mətbuata məlumat verib.

 

“Həkimlər 38 yaşlı xəstənin beyin ölümünə düçar olduğunu təsdiq etdikdən sonra bədən üzvləri ehtiyacı olan xəstələrə bağışlanıb. Onun böyrəyi Mərənd şəhərindən olan 28 yaşlı bir gəncə köçürülüb, ürəyi isə başqa bir xəstəyə köçürülmək üçün Təbrizin şəhid Mədəni Xəstəxanasına intiqal edilib”- deyə o bildirib.

 

Tibb mərkəzinin rəisi vurğulayıb ki, bədən üzvünü bağışlamaq bir növ həyat hədiyyə etməkdir. Bizim dinimiz də belə əməllərə təkid edir. Ona görə də beyin ölümünə düçar olanların bədən orqanlarını ehtiyacı olan xəstələrə bağışlamaq bir ənənəyə çevirməlidir.

 

Məhmmad Əlizadənin sözlərinə görə, bu, İmam Rza Tibb  Mərkəzində cari ildə (İranda yeni il Novruz bayramından başlayır) qeydə alınan birinci bədən üzvlərinin bağışlanması faktıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar