SON XƏBƏRLƏR

Təbrizli məşhur jurnalist 50 zərbə şallağa məhkum edilib

2021.10.20, 07:36
Təbrizli məşhur jurnalist 50 zərbə şallağa məhkum edilib

Gunaz.tv
Təbrizli məşhur jurnalist 50 zərbə şallağa məhkum edilib DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Təbrizin ümumi məhkəməsində Təbrizin məşhur jurnalistlərindən olan Əli Dadaşiyə qarşı ittihamlar irəli sürülərək 50 zərbə şallaq hökmü çıxarılıb. Məhkəmə Əli Dadaşini mətbuatda hakimiyyət məmurlarını rüşvətxor və cinayətkar adlandırdığına görə məhkum edib. Məhkəmədə heç bir vəkillə təmin edilməməklə yanaşı hətta jurnalistin özünə də özünü müdafiə etmək üçün heç bir söz verilməyib. www.dak.az ------------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub Ermənistan silahlı qüvvələri iyunun 10-da saat 11-dən başlayaraq bu gün səhər saatlarına qədər fasilələrlə Goranboyun Tapqaraqoyunlu, Füzulinin, Xocavəndin adsız yüksəklikləri, Kuropatkino kəndi, Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba, Həsənqaya və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar