Təbrizli təqaüdçülər Sosial Təminat İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər

2021-02-03 13:09

Bu gün fevral ayının 3-də təbrizli təqaüdçülər dövlət və hərbi təqaüdçülər arasındakı ödəniş ayrı-seçkiliyinə etiraz olaraq aksiya keçiriblər.

Gunaz.tv Quote | Gunaz article

Sosial Təminat İdarəsinin qarşısında keçirilən etiraz aksiyası yeni ildə təbrizli təqaüdçülərin sayca üçüncü aksiyasıdır.

 

Təbrizin "azaranjoman" xəbər saytının verdiyi bilgiyə görə, Şərqi Azərbaycan əyalətinin “Sosial təminat İdarəsi”nin Təbriz şəhərində yerləşən binası qarşısında toplaşan təqaüdçülər sosial təminat ilə əhatə olunan təqaüdçülərin, əlillərin və müharibə yaralılarının hüquqlarının islahatı və bərabərləşdirilməsi, dövlət və hərbi təqaüdçülər ilə sosial təminat təqaüdçüləri arasında ayrıseçkiliyin aradan qaldırılması, müalicə qanununun tətbiqinin qətiləşdirilməsi və əlavə sığortanın ləğv edilməsini tələb ediblər.

 

Son dəfə yanvar ayının 25-də, təqaüdçülər eyni istəklərlə Şərqi Azərbaycan qubernatorluğunun binası qarşısında aksiya keçirmişdilər.

 

Onlara problemlərinin həll olunacağı ilə bağlı rəsmilərin verdikləri sözlərin reallaşmaması təqaüdçüləri yenidən etiraz etməyə məcbur edib.

 

Xatırladaq ki, yeni ildə Güney Azərbaycan əyalətlərində, o sıradan Şərqi, Qərbi Azərbaycan, Zəngan, Həmədan və Qəzvində təqaüdçülərinin çoxsaylı etiraz aksiyaları keçirilib. Ümumilikdə bir ay ərzində İranın 11 əyalətində təqaüdçülər eyni istəklərlə dövlət idarələri qarşısında toplaşıblar.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04