Təbrizli təqaüdçülər fərmandarlıq binası önündə etiraz aksiyası keçiriblər+video

2021-01-11 14:40

Yanvar ayının 10-da təbrizli təqaüdşülər şəhər fərmandarlığının qarşısında etiraz aksiyası keçiriblər. Bu onların son ay ərzində neçənci aksiyasıdır.

Gunaz.tv Quote | Gunaz article

Sayı 500 nəfərdən çox olan etirazçılar maaşların hesablanması formuluna yenidən baxılmasını tələb ediblər. Onların fikrincə, hazırkı ödəmə qaydalarında ağır və zərərli işlərdə çalışan təqaüdçülərin fəaliyyət illəri düzgün hesablanmayıb.

 
Aksiyada iştirak edənlər həmçinin hökumətin Sosial Təminat Təşkilatına olan borcunun ödənilməsini istəyiblər.
 
Onlar bildiriblər ki, təşkilat təqaüdçülərin məişət problemlərini həll etmək məqsədilə hökumətə borcunu ödəmək üçün təzyiq göstərməlidir.

 

Təbriz fərmandarı Behruz Məhdəvi təqaüdçülərlə görüşərək onların istəklərinin ölkə rəhbərliyinə və əlaqədar qurumlara çatdıracağı barədə söz verib.

 

Bundan öncə yanvar atının 3-də təqaüdçülər Təbriz şəhərinin Sosyal müdafiə Təşkilatının qarşısında etiraz aksiyası keçirmişdilər.
Yanvar ayının 4-də isə Qəzvin və Həmədan əyalətlərində oxşar istəklərlə aksiyalar keçirilmişdir.

 

Aksiyalardan yayımlanan video və fotolarda Təbriz, Həmədan və Qəzvin şəhərlərində Sosial Müdafiə idarələrinin önündə toplaşan təqaüdçülərin əlində üzərində “maaşımız rial (İranın pul vahidi) ilə, xərclərimiz dollar ilə, hesabat ver Ruhani(İran prezidenti)” yazılmış plakatlar görünüdü.

 

Bu gün səhər saatlarında Təbrizin “Camaran Mənzil Kooperativi”nin üzvləridə şəhər bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Onlar yaşayış yerlərinin mülkiyyət sənədlərinin verilməməsi və süründürməşiliyə görə narazılıqlarını bildiriblər.

 

C.E
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11

gun az article

GünazTV May.11.2021-GÜNDƏM MASASI: İranda Azərbaycan Türklərinin sıxşdırılması

2021-05-11

gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10