Təcavüzdə günahlandırılan keçmiş deputata bəraət verilib

2020-07-30 01:22

Tehranın cinayət məhkəməsinin 8-ci şöbəsi təcavüzdə günahlandırılan Məlikkəndinin (Məlikan) keçmiş millət vəkilinə bəraət verib.

Gunaz.tv Quote | Gunaz article

Məhkəmə “Sepah”ın üzvü olan Salman Xudadadiyə Zəhra Nəvidpura təcavüz ittihamından bəraət verərək, onu nikahdankənar cinsi əlaqədə olmaqda təqsirli bilib. Xudadadi 99 şallaq zərbəsinə məhkum edilib. Məhkəmə həmçinin sözügedən ittihama görə keçmiş millət vəkilinin bütün vəzifələrdən uzaqlaşdırılmasına qərar verib.

 

 

Bundan əvvəl Tehran Cinayət Məhkəməsinin 5-ci şöbəsi Sepah üzvünü nikahdankənar cinsi əlaqədə olmaq ittihamı ilə günahlandıraraq 99 şallaq, 2 il müddətinə sürgünə, eləcə də rəsmi postlara təyin olunmasının qadağan edilməsinə məhkum etmişdi. Lakin bu qərar İranın Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.

Xudadadi özünə qarşı irəli sürülən ittihamı rəd edərək qadına yalnız yardım etmək niyyətində olduğunu iddia etmişdi.

 

 

27 yaşlı Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılmışdı. O, şübhəli ölümündən əvvəl Salman Xudadadi ilə söhbətlərinin səs faylını yaymışdı. Nəvidpur işə düzəlməklə bağlı millət vəkilinin ofisinə müraciət etdiyini, ofisdə Xudadadi tərəfindən zorlandığını açıqlamışdı.

 Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb.

 

 

Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib.

 

 

Daha öncə Ərdəbil əyalətinin Təhlükəsizlik İdarəsinin baş direktoru və Məlikkəndi Sepahının komandiri vəzifələrində çalışan Xudadadi və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid etmişdilər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06