SON XƏBƏRLƏR

Təcili Tibbi Yardım Mərkəzi: Xəstə türkcə danışmaqla işçimizi təhrik və təhdid edib

2021.10.20, 07:36
Təcili Tibbi Yardım Mərkəzi: Xəstə türkcə danışmaqla işçimizi təhrik və təhdid edib

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzi türkcə danışdığına görə ambulansdan endirilən xəstə və bu hərəkətə yol verən Tibbi Yardım Mərkəzinin irqçi işçisi ilə bağlı təhdidedici bəyanat yayıb.

 

Bəyanatda yol qəzasında xəsarət alan xəstənin ambulansdan endirilməsinə haqq qazandırılıb. İşçisinin irqçi hərəkətini müdafiə edən Təcili Tibbi Yardım Mərkəzi xəstəni söyüş söymək və qarşı tərəfi təhrik etməkdə günahlandırıb.

 

Bəyanatda yaralının “türkcə danışmaq eybdirmi?” sualını soruşması qarşı tərəfi təhrik etmək kimi qiymətləndirilib. İrqçiliyə yol verən işçinin qeyri-insani hərəkəti isə gülünc iddialarla izah olunub.

 

Mətnin sonunda baş verən hadisənin video və xəbərini yayanlar təhdid edilərək vurğulanıb ki, bu hərəkətə yol verənlər qanun qarşısında cavab verməli olacaq.

 

Xatırladaq ki, ötən günlərdə Urmiyə şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib.

Məlumata görə, xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım Mərkəzi işçisinin qeyri-insani və məsuliyyətsiz reaksiyası ilə üzləşib.

 

GünAz TV-yə verilən məlumata görə, irqçiliyə yol verən tibbi yardım işçisi kürd olub, o xəstə və onu müşayiət edən qohumları ilə mübahisə etdikdən sonra onları Urmiyənin Xürrəmşəhr xiyabanında ambulansdan endirib.

 

Bəzi Azərbaycan Teleqram kanalları irqçiliyə yol verən şəxsin adının Rza Rizvanpur olduğunu, Urmiyənin İqbal Tibb Mərkəzində çalışdığını yazıblar.

 

Soydaşlarımız Təcili Tibbi Yardım Mərkəzinin işçisinin bu hərəkətini kəskin şəkildə pisləyərək onun cəzalandırılmasını tələb ediblər.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur da baş verən hadisəyə sərt reaksiya verib.

Millət vəkili həmin şəxsə xəstə gözü ilə baxılmalı olduğunu vurğulayaraq qeyd edib ki, “səlahiyyətli şəxslər bu hərəkətə yol verən tibbi yardım işçisi ilə bağlı lazımi tədbirləri almalıdır, əks halda istefaya getməyə hazırlaşsınlar.”

 

Nadir Qazipur sözlərinin davamında təkidlə vurğulayıb ki, səlahiyyətli şəxslər bu barədə tədbir almasa, bu məsələ ilə özü şəxsən məşğul olacaq.

 

https://www.youtube.com/watch?time_continue=2&v=S-Ttqw9zWOg

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar