SON XƏBƏRLƏR

Tədqiqatçı Səməd Sərdariniyanın vəfatından 12 il keçir

2021.10.20, 07:36
Tədqiqatçı Səməd Sərdariniyanın vəfatından 12 il keçir

Gunaz.tv

GünAz TV: Bu gün Güney Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı Səməd Sərariniyanın vəfatının 12-ci ildönümüdür.

 

 

Sərdariniya 1947-ci il mayın 12-da Təbrizin Əmirəqız məhəlləsində anadan olub. İlk və orta təhsilini Təbrizdə başa vurduqdan sonra əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə Tehranın Beheşti Universitetinin hüquq fakültəsini bitirib.

 

 

Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il inqilabından sonra Tehranda nəşr olunmağa başlayan Varlıq jurnalının redaksiya heyətində yer alıb və ömrünün sonuna qədər bu jurnalla əməkdaşlıq edib.

 

 

S. Sərdariniya “Əli Müsyo, İran Məşrutə İnqilabı dönəmində Təbriz Qeybi Mərkəzinin rəhbəri”, “Azərbaycan qəzetləri və jurnallarının tarixi”, “Təbrizin Qeybi Mərkəzi”, "Azərbaycanın məşhurları" (2 cilddə), “Molla Nəsrəddin Təbrizdə”, “Bağır xan Salari-Milli”, "İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur", “Təbriz – birincilər şəhəri”, “Təbriz – İranda çap sənətinin beşiyi”, “Arazın hər iki tayında müsəlmanların soyqırımı”,   “Təbriz Tənbəki üsyanı illərində”, “Təbriz Darülfünunu”, “Azərbaycan teatrının tarixi”, “Qarabağ tarixin gedişində” kimi tarixi-tədqiqi əsərlərin müəllifidir.

 

 

 

Onun “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabı 2006-cı AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan türkcəsinə çevrilərək "Elm" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Əsərdə erməni quldur dəstələrinin xarici qüvvələrin dəstəyi ilə Azərbaycan əhalisinisə qarşı törətdikləri cinayətlər tutarlı sənədlər və mənbələr əsasında tədqiq edilib göstərilir.

Tədqiqatçının “İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur” əsəri də AMEA Şərqşünaslıq İnstitutu tərəfindən tərcümə olunaraq nəşr edilib.

  

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar