SON XƏBƏRLƏR

Təhlükəsizlik orqanları zindanda Məhəmmədhüseyn Sepehriyə tibbi xidmət göstərilməsinə əngəl olurlar

2021.10.20, 07:36
Təhlükəsizlik orqanları zindanda Məhəmmədhüseyn Sepehriyə tibbi xidmət göstərilməsinə əngəl olurlar

Gunaz.tv

GünAz TV: Siyasi məhbus Məhəmmədhüseyn Sepehrinin ailəsi ETTELAAT Nazirliyinin Məşhəd şöbəsinin işçilərinin ona həbsxanada tibbi xidmətlər göstərilməsinə maneə olduğunu bildirirlər.

 

Məhəmmədhüseyn Sepehri İranın “dini lider”i Əli Xamneyini istefaya çağıran bəyanatı imzalayan 14 nəfərdən biridir. O, avqustun 11-də ETTELAAT-ın Məşhəd şöbəsi tərəfindən tutulmuşdu.

 

Siyasi məhbusun qardaşı Əsğər Sepehri bildirir ki, o, saxlandıqdan sonra 33 gün aclıq aksiyası keçirdiyindən, bağırsaqlarında tıxanma yaranıb. Buna görə də, qardaşına təcili olaraq həbsxanada tibbi yardım göstərilməlidir.

 

Ötən gün ailəsi Məhəmmədhüseyn Sepehri ilə görüşə bilib. Məhbus ailəsinə bildirib ki, ETTELAAT işçilərinin ona verdiyi dərmanlar sağalmasına heç bir kömək etmir. Təcili müalicə almağa ehtiyacı olmasına baxmayaraq, ETTELAAT istintaq getdiyini əsas gətirərək, buna əngəl olur.

 

Məhəmmədhüseyn Sepehri həmçinin saxlanılan zaman ETTELAAT işçilərindən birinin vurduğu yumruq nəticəsində iki dişinin qırıldığını və buna görə də, stomatoloqa da müraciət etməli olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, İran, eləcə də Güney Azərbaycanda yerləşən həbsxanalarda məmurlar əsas etibarilə siyasi məhkumların tibbi xidmətlərdən istifadə etməsinə maneə törədirlər. Bunun nəticəsində bu günə qədər ölkə zindanlarında onlarla insan ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar