SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri xəstəxanada azərbaycanlı fəal Əziz Purvəlinin oğlundan izahat alıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri xəstəxanada azərbaycanlı fəal Əziz Purvəlinin oğlundan izahat alıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik qüvvələri Təbrizin İmam Rza Xəstəxanasında tanınmış azərbaycanlı milli-mədəni fəal Əziz Purvəlinin oğlundan izahat alıb.

 

Milli-mədəni fəal Əziz Purvəli xəstəlik səbəbindən bir neçə gündür ki, İmam Rza Xəstəxanasına yerləşdirilib, bundan sonra çox sayda azərbaycanlı milli fəal onu görmək üçün yanına gedib.

 

Milli fəalların bu hərəkətindən qəzəblənən təhlükəsizlik orqanlarının əməkdaşları aprelin 18-də xəstəxanaya müraciət edərək fəalın oğlundan izahat alıb, onu təhdid ediblər. İzahat zamanı soruşulan suallar barəsində dəqiq məlumat yoxdur.

 

Əziz Purvəli Güney Azərbaycanın tanınmış fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzunmüddətli həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

Xəstəxanaya Əziz Purvəlinin görüşünə gedən fəallar

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar