SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri Xürrəmşəhrdə müəllim və yazıçı olan ərəb fəalı həbs ediblər

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri Xürrəmşəhrdə müəllim və yazıçı olan ərəb fəalı həbs ediblər

Gunaz.tv

GünAz TV: Ərəb müəllim və yazıçı olan Səid Müqəddəm bu gün İran təhlükəsizlik qüvvələri tərəfindən Xürrəmşəhrdə həbs edildikdən sonra naməlum istiqamətə aparılıb.

 

Yerli insan haqları fəallarının yaydığı məlumatda bildirilir ki, onun hansı səbəbdən və hansı orqan tərəfindən saxlandığı məlum deyil. Eləcə də, bu ana qədər ərəb ziyalının harda saxlandığı barədə ailəsi və yaxınlarına məlumat verilməyib.

 

Qeyd etmək lazımdır ki, ərəb xalqı İran rejimi tərəfindən ən çox repressiyaya uğradılan digər xalqdır. Ötən aylar ərzində bir neçə ərəb müəllim, yazıçı, eləcə də digər mədəni və elmi xadimlər İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Onların hansı ittihamlara əsasən saxlandığı barədə isə məlumatlar yoxdur.

 

Digər tərəfdən, son aylar ərzində bir neçə sivil ərəb də İran təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar