SON XƏBƏRLƏR

TEHRAN “ALTILIĞ”IN TƏKLİFİNİ NƏZƏRDƏN KEÇİRİR

2021.10.20, 07:36
TEHRAN “ALTILIĞ”IN TƏKLİFİNİ NƏZƏRDƏN KEÇİRİR

Gunaz.tv
TEHRAN “ALTILIĞ”IN TƏKLİFİNİ NƏZƏRDƏN KEÇİRİR İran nüvə proqramı təkliflərinə cavab verməyə tələsmir 16.jpg “Tehran İranın nüvə proqramının həll edilməsi barədə, altılığ”ın təklifini nəzərdən keçirəcək və İran üçün uyğun olan bir vaxtda öz cavabını verəcək”. İranın xarici işlər naziri Mənuçöhr Mottəki dünən keçirdiyi mətbuat konfransında belə deyib. Xatırladaq ki, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi iyunun 14-də Tehrana səfəri çərçivəsində ölkə rəhbərliyinə İranın nüvə proqramını həll etmək məqsədilə təkliflər paketini təqdim edib. Həmin paketdə Qərb İranın dincməqsədli nüvə enerjisi əldə etməsi üçün hər cür yardım göstərməyi öz üzərinə götürür. Bundan əlavə, İran uranın zənginləşdirilməsi proqramından əl çəkərsə, bu ölkəyə ticarət və iqtisadi əməkdaşlıq təklif edilir. İranın xarici işlər nazirinin bu təklifləri nəzərdən keçirəcəklərimi demək və təkliflə bağlı heç bir irad səsləndirməməsi bu paketin İran üçün sərfəli olmasından xəbər versə də, hadisələrin hansı məcrada cərəyan edəcəyi hələ məlum deyil. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar