SON XƏBƏRLƏR

Tehran Ankaranın NATO sammitindəki mövqeyindən məmnun qalıb

2021.10.20, 07:36
Tehran Ankaranın NATO sammitindəki mövqeyindən məmnun qalıb

Gunaz.tv

GünAzTv: Türkiyənin raket müdafiə sistemləri ilə bağlı İranın təhdid kimi göstərilməməsi üçün göstərdiyi səy və alınan nəticə bölgə ölkələri tərəfindən məmnunluqla qarşılanıb.

 

Lissabondakı NATO sammitindən sonra xarici işlər naziri Əhməd Davudoğlu İranın xarici işlər naziri Mənuçehr Mottaki ilə telefonla danışıb.

 

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Mottaki Türkiyənin prinsipial mövqeyinə görə təşəkkür edib və bu mövqeyin bölgə üçün əhəmiyyətinə diqqət çəkib.

 

Türkiyənin xarici işlər naziri İranın nüvə müzakirəçisi Səid Cəlili ilə də telefonla danışıb. Söhbət zamanı İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət 5+1 ölkələri ilə dekabrın 5=də keçirilməsi planlaşdırılan kritik görüşdən əvvəl son durum dəyərləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar