SON XƏBƏRLƏR

Tehran Beynəlxalq Sərgi Mərkəzi koronavirus xəstələrinin müalicəsi üçün istifadə ediləcək

2021.10.20, 07:36
Tehran Beynəlxalq Sərgi Mərkəzi koronavirus xəstələrinin müalicəsi üçün istifadə ediləcək

Gunaz.tv

GünAz TV: İranda koronavirus xəstələrinin çoxluğu səbəbindən artıq xəstəxanalarda yeni yoluxmuş şəxsləri qəbul etməyə yer qalmayıb. Buna görə də, hökumət müxtəlif məkanları virusa yoluxmuş şəxslərin müalicə edilməsi üçün müvəqqəti xəstəxana kimi istifadə etməyə başlayıb.

 

Yerli media orqanlarının məlumatına görə, İran ordu komandanı Əbdürrəhim Musəvinin göstərişi ilə Tehran Beynəlxalq Sərgi Mərkəzi 2 min nəfərlik müvəqqəti müalicə məkanına çevrilib. Komanda bu gün Mərkəzə baxış zamanı burada 1000 ədəd xəstə çarpayısı yerləşdirmək imkanının da mövcud olduğunu deyib.

 

Lakin buradan yayılan görüntülər tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin görüntüləri yayaraq, Mərkəzdə koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün heç bir tibbi vasitənin olmadığına diqqət çəkiblər. Onlar hökumətin bu addımını koronavirusa yoluxmuş insanları xəstəxanalardan uzaq tutmaq üçün təlaş adlandırıblar.

 

Xatırladaq ki, sözügedən Mərkəzin koronavirusa yoluxmuş insanları müalicə etmək üçün müvəqqəti olaraq xəstəxana tipli müəssisəyə çevriləcəyi barədə məlumatı ilk dəfə 2 gün öncə ordu komandanının müavini Həbibullah Səyyari vermişdi. O, bu işlərin Əli Xamneyinin orduya koronavirusla mübarizə istiqamətində verdiyi göstərişlər əsasında həyata keçirildiyini demişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar