SON XƏBƏRLƏR

Tehran düşmən əsgərləri üçün 320 min qəbir qazdırır

2021.10.20, 07:36
Tehran düşmən əsgərləri üçün 320 min qəbir qazdırır

Gunaz.tv
İran ABŞ-ın dünyasını daraldacaq Tehran düşmən əsgərləri üçün 320 min qəbir qazdırır İran ona hücum olarsa, İsrail, Fars körfəzindəki Amerika gəmiləri və bütün dünyada Amerika maraqlarına zərbə endirəcək. Bu xəbərdarlıq İranın ali dini rəhbəri Ayətulla Əli Xamneyinin müşaviri Əli Şirazi tərəfindən səslənib. Tehran hədələrini əsaslandırmaq üçün irimiqyaslı hərbi təlimlərə də başlayıb. Təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun birləşmələri, raket qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri də iştirak edirlər. "Böyük Peyğəmbər 3" adlanan hərbi təlimlərin rəmzi adı "Ya Rəsulallah"dır. Rəsmi Tehran bəyan edib ki, hərbi təlimlərin keçirilməsində məqsəd "Sepah" korpusuna aid dəniz qüvvələri gəmilərinin və hava hücumundan müdafiə bölmələrinin gücünün artırılmasıdır. Dünən İran təlimlərdə uçuş uzunluğu 2000 kilometr təşkil edən "Şahab-3" ballistik raketini sınaqdan keçirib. "France Press" agentliyinin yaydığı məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı Hüseyn Salami məqsədlərinin bütün dünyaya İranın döyüş hazırlığını göstərmək olduğunu bildirib. Salami İran raketlərinin "istənilən vaxt, istənilən yerdə, dəqiq və ani zamanda" buraxıla biləcəyini qeyd edib. O, ümumilikdə 9 raketin sınaqdan keçirildiyini vurğulayıb. "Şahab" raketlərindən əlavə, uçuş uzunluğu 400 kilometr təşkil edən "Zelzal" və 170 kilometr təşkil edən "Fateh" raketləri də yoxlanılıb. Xatırladaq ki, ötən gün ABŞ dövlət katibi Kondoliza Rays və Çexiya xarici işlər naziri Karl Şvartsenberq Çexiyada Amerikanın RƏM sisteminə daxil olan radarının qurulması barədə razılaşma imzalayıblar. Bu radar ilk növbədə İran ərazisindən ballistik raketlərin buraxılmasını izləmək üçün nəzərdə tutulub. İran isə "Şahab"ları sınaqdan keçirməklə Vaşinqtona özünəməxsus cavab verib. Siyasi ekspertlər diqqəti Şirazinin bəyanatına yetiriblər. Bunu İranın dünyaya kəskin meydan oxuması kimi göstəriblər. Beləliklə, İran hücuma məruz qalarsa, Təl-Əviv və Amerikanın körfəzdəki gəmilərinə cavab zərbələri endirəcəyini ilk dəfə olaraq açıq mətnlə bəyan edib. İran rəsmisi bildirib ki, İran üzərinə atılacaq ilk Amerika gülləsinin cavabı bütün dünya boyunca Amerika maraqlarını yandırıb külə döndərilməsi olacaq. İran İnqilab Keşikçiləri Korpusu qarşısında çıxış edən Əli Şirazi deyib ki, iranlılar dindar xalqdır və bu xalq cihada və şəhidliyə inanır, belə bir millətin ordusu ilə vuruşmaq mümkün deyil. İran İnqilab Keşikçilərinin rəhbəri isə öz növbəsində xəbərdarlıq edib ki, lazım gələrsə, Hörmüz boğazı bağlana bilər. Halbuki bu boğazdan dünya ticarət neftinin 40 faizi daşınır. Başqa bir İran komandanı isə bildirib ki, o, İrana hücum edəcək müdaxiləçi ordunun əsgərləri üçün 320 min qəbir qazılmasına tapşırıq verib. Ekspertlər bildirirlər ki, Tehranın belə hərbə-zorba gəlməsi İsrailin İran üzərinə hücumu imitasiya edən hərbi manevrlər keçirməsi ilə bağlıdır. İsraildə baş nazir Ehud Olmertin sözçüsü bu çıxışa şərh verməkdən imtina edib. Bircə bunu deyib ki, "Şirazidir də, danışır özü üçün". İran və İsrail arasında son vaxtlar söz davası adi hala çevrilib. Ötən aprel ayında İsrailin infrastruktur naziri Binyamin Ben-Eliazer deyib ki, İsrail üzərinə İrandan hər hansı zərbə İran dövlətinin məhvi ilə nəticələnəcək. Bəs əslində İsrail İranın nüvə proqramını dayandırmağa texniki baxımdan qabildirmi? Mütəxəssislər qeyd edirlər ki, İsrailin hərbi qüvvəsi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq üçün kifayət etmir. Ekspertlər İsraillə İran arasında mümkün hərbi toqquşmada İsrailin nələrə malik olacağını saf-çürük edirlər. Hazırda İsrail ordusu Amerika istehsalı olan təkmil F-15 və F-16 döyüş təyyarələri də daxil olmaqla 500 təyyarəyə malikdir. Bu təyyarələr İranın qərb hissəsini bombalamaq imkanına malikdir. Lazım gələrsə, təyyarələrin havada ikən yanacaqla doldurulması üçün texniki imkanlar mövcuddur. Maskalayıcı və dalğaboğucu sistemlər İsrail təyyarələrinin İrana hücum məqsədilə düşmən ərəb ərazisindən qeydə alınmadan keçməsinə şərait yarada bilər. "Bunkerdağıdan" bombalara malik İsrail avisasiyası İranın nüvə obyektlərinə nəzərəçarpacaq dağıntı gətirə bilər. Peyk və optik nişanlama sistemləri bombaların çox yüksək hündürlükdən və uzaq məsafələrdən atılmasını mümkün edir. İsrail hərbi aviasiyası, həmçinin ballistik raketlərə malikdir ki, onlar barəsində hələlik çox az məlumat var. Məlumatlara görə, İsrail onlarca uzaqmənzilli "Yerixon" raketlərinə malikdir ki, bu silahla körfəz bölgəsini vura bilər. Çox güclü gümanlara görə, İsrail bölgənin yeganə nüvə silahlı dövlətidir, lakin israillilər bildiriblər ki, onlar belə bir silaha yalnız son anda əl ata bilərlər. İsrail İranla quru sərhədinə malik olmadığı üçün bu qoşun növlərindən hər hansı mümkün münaqişədə istifadə olunması real görünmür. Bununla belə, mümkün hava zərbələrindən sonra vurulmuş ziyanın qiymətləndirilməsi üçün bölgəyə çevik komandos qrupları atıla bilər. Bu komandoslara həm də İranın raket qurğularının sıradan çıxarılması tapşırığı verilə bilər ki, Tehran İsraili raketlərlə vurmağa macal tapmasın. İsrail Almaniya istehsallı, dizellə işləyən üç "Delfin" sualtı qayığına da malikdir. Hayfa limanında lövbərlənmiş bu gəmilər nəzəri baxımdan İran sahillərinə yetişə bilər, lakin bunun üçün bir ay müddətində Afrika qitəsini dolaşmaq lazım gəlir. Bu sualtı gəmilərin 10 torpedosu var. Onlardan 4-ü İsrail tərəfinin sifarişi ilə modifikasiya olunub. Müstəqil ekspertlər bildirirlər ki, bu modifikasiya gəmilərə Aralıq dənizi hövzəsindən İranı raketlə vurmaq imkanı yaratmaq üçündür. Bununla belə, ballistik raketlər möhkəmləndirilmiş istehkamlara ciddi dağıntı vura bilməz. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar