SON XƏBƏRLƏR

Tehran hakimiyyəti «çıxış yolunu» «Asiya birliyində» görür

2021.10.20, 07:36
Tehran hakimiyyəti «çıxış yolunu» «Asiya birliyində» görür

Gunaz.tv

GünAzTv: İran hakimiyyəti yalnız ölkə deyil, beynəlxalq ictimaiyyətin də etmadını  itirib.

Vətəndaşların söz, mətbuat, fikir və sərbəst toplaşma azadlığından məhrum edilməsi dinc mübarizənin davam etdirmək üçün onların yeni üsullardan əl atması ilə müşayiət olunmaqdadır.

Nobel mükafatı laureatı Şirin İbdai bildirib ki, hakimiyyət zorakılığının, insan haqların pozlmasının, yoxsulluğun  artması İran cəmiyyətində müxalifətin güclənməsinə səbəb olur.

Hüquq müdafiəçisi BMT-yə müraicətində bildirib ki, İranda insan haqlarının vəziyyəti ağırlaşmaqdadır və qurumun Baş Assambleyası Tehran hakimiyyətinin mühakimə edən qətnamə qəbul etməlidir.

«2009-cu ilin iyun olayları zamanı dinc  etiraz aksiyaları dağıdıldıqdan sonra müxalifət hərəkatı gizli fəaliyyətlə başlayıb. Hakimiyyət qəddarlıqlaşdıqca onlar da möhkəmlənir»-deyə, İbadi bildirib.

Öz vətəndaşlarına qarşının etibar etməyib, onların etimadını itirmiş hakimiyyət çeşidli yollarla xaricilərin, özəlliklə qonşuların və islam ölkələrinin etibarını qazanmağa cəhd göstərir.

Bunun üçün İran rəhbərliyi bu dövlətlərlə viza rejimini ləğv etmək məsələsinə baxır.

İslam Respublikası mədəni irs və turizim təşkilatının başçısı, prezidentin müavini Həmid Baqai jurnalsilərə açıqlamasında bu haqda məlumat verib : « Prezident Mahmud Əhmədinejad viza rejiminin ləğvi məsələsini diqqətdə saxlayır. İlk növbədə biz qonşu və islam dövlətləri üçün vizanın götürülməsinə üstünlük veririk».

Onun sözlərinə görə,vizanın ləğvi xarici turistlərin ölkəyə gəlməsini asanlaşdıracaq. Habelə bu rejimin aradan qaldırılması İslam Respublikasına gələn  xarci ölkə vətəndaşlarının sayının artmasına səbəb olacaq. O, əlavə edib ki, vizanın ləğvi  ilk növbədə Tehranın bu rejimi aradan qaldırmaq istədiyi tərəfələrlə gerçəkləşdiriləcək.

Yeri gəlmişkən ötən həftə Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Mənuçehr Müttəkinin iştirakı ilə Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində İranın baş konsulluğunun açılışı olub.

Baş konsulluq binasının açılışında Mənuçehr Müttəki ilə yanaşı, İranın Gürcüstandakı səfiri Məcid Səmədzadə -Sabiri, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov, Acarıstan Muxtar Respublikasının rəhbəri Levan Varşalomidze də iştirak ediblər.

M. Sabir jurnalistlərə açıqlamasında Batumidə İran baş konsulluğunun fəaliyyətə başlamasını yüksək qiymətləndirdiyini vurğulayıb: “Baş konsulluğun fəaliyyətə başlaması Tehranla Tbilisi arasındakı münasibətlərin hərtərəfli inkişafı üçün yardım göstərəcək”.

Bundan başqa Gürcüstanla İran arasında vizasız gediş-gəliş rejiminin tətbiq olunması haqda saziş imzalanıb.

Sazişi Tbilisidə rəsmi səfərdə olan İranın xarici işlər naziri M. Müttəki ilə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imzalayıblar.

Viza «oyunu» ilə Tehran barəsində mövcud mənfi  beynəlxalq ictimai rəyi də öz xeyrinə dəyişmək niyyətindədir.

Düşdüyü siyasi-iqtisad və sosial sıxıntıdan qurturmaq üçün İran rəsmiləri müxtəlif beynəlxalq qurumların yaradılmasına cəhd göstərir.

Tehranda bölgə dövlətləri xarici işlər nazirlərinin iştirak ilə «Əməkdaşlıq üçün Asiya danışıqlar» mövzusunda müşavirə keçirilib. Bu toplantıda çıxış edən İran prezidenti Mahmud Əhmədinejad «Asiya birliyinin» yaradılması bəyan edib : «Yeni dünya düzənini tənzimləmək vacibdir. Yeni dünya düzəninin tənzimlənməsi məsələsində  Asiya dövlətləri öz üzərilərinə məsuliyyət götürməlidir» . Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar