SON XƏBƏRLƏR

Tehran İsraildən başqa bütün ölkələrlə müzakirəyə hazırdır - İran prezidenti

2021.10.20, 07:36
Tehran İsraildən başqa bütün ölkələrlə müzakirəyə hazırdır - İran prezidenti

Gunaz.tv
Tehran İsraildən başqa bütün ölkələrlə müzakirəyə hazırdır - İran prezidenti İran prezidenti bəyan edib ki, rəsmi Tehran İsraildən başqa bütün ölkə və təşkilatlarla müzakirə aparmaga hazırdır. «İran qanunsuz sionist rejimdən başqa hamı ilə bütün sahələrdə müzakirələrə hazırdır», - deyə prezident Mahmud Əhmədinejad iyulun 23-də İranın Köhkiluye vilayətində ictimaiyyət qarşısında bildirib. Onun sözlərinə görə, Cenevrədə keçirilən iclasda Britaniya nümayəndəsini çıxmaq şərtilə, bütün iclas iştirakçıları İranın nümayəndəsini və onun irəli sürdüyü təşəbbüsləri hörmətlə dinləyiblər. Əhmədinejad əlavə edib ki, ABŞ-ın bu iclasdakı nümayəndəsi İrana qarşı çox hörmətlə çıxış edib. «Biz buna ABŞ-ın öz imicini bərpa etməsi və İran xalqına ədalətlə yanaşmasında dönüş nöqtəsi kimi baxırıq və ümid edirik ki, gələcəkdə bu müsbət addımı quldurluq, ədalətsizlik və zorakılıq korlamayacaq», - deyə prezident qeyd edib. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili iyulun 19-da Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Havyer Solana ilə Cenevrədə görüşüb. ABŞ Dövlət katibinin müavini Villiam Börns həmin müzakirələrdə müşahidəçi kimi iştirak edib. O bildirib ki, İranda elə bir vətəndaş tapılmaz ki, nüvə texnikasına yiyələnmək hüququndan imtina etsin. «Biz şərtsiz müzakirələrə uranı zənginləşdirmə proqramını davam etdirmək şərtilə davam edəcəyik. Əgər müzakirələrə şərt lazımdırsa, bu şərti mütləq İran tərəfi qoymalıdır», - deyə o bildirib. İran prezidenti əlavə edib ki, hazırda Qərb bilir ki, İran beynəlxalq ictimaiyyətdə böyük gücə malikdir. «Qərb üçün İranda nüvə silahının istehsal olunub-olunmaması əhəmiyyətsizdir. Onlar üçün əsas odur ki, bizi sevən və İranı örnək kimi qəbul edən xalqlara göstərsin ki, İran dizə çökməkdədir», - deyə o qeyd edib. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar