Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir

14.08.2019, 09:08

GünazTV: İran İslam Respublikasının paytaxtı Tehran metrosunda hicaba hakimiyyətin istədiyi qaydada riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilib.

 

İrandakı qadın hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, “Sepah” terror təşkilatının göstərişlərini yerinə yetirən Tehran metrosunun məsulları son günlər metronun müxtəlif dayanacaqlarında üzərində “Metroya hicabla daxil olun” cümləsi yazılmış bannerlər asaraq, gənc xanımlara qarşı təzyiqi gücləndiriblər.

 

Bildirilir ki, İslami İrşad Nazirliyi tərəfindən hazırlanan bannerlərin divarlara asılması ilə yanaşı, hər bir dayanacaqda polis əməkdaşları rejimin istədiyi tərzdə hicabına riayət etməyən gənc xanımların qabağını kəsir, onlara sərt xəbərdarlıq edir, hicablarına riayət etmədikləri təqdirdə onları növbəti dəfə həbs edəcəkləri ilə təhdid edirlər.

 

Qeyd edilir ki, Tehran metrosunda hicab polislərinin sayının artması və xanımlara qarşı təzyiqin gücləndirilməsi, son vaxtlar metro vaqonlarında mütəşəkkil şəkildə baş örtüklərini açaraq digər qadınları qorxunu bir kənara qoyub hakimiyyətin təzyiqinə müqavimət göstərməyə təşviq edən qadın hüquq müdafiəçilərinin fəaliyyəti ilə əlaqədardır.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Müdafiə Nazirliyi Kəlbəcər və Laçındakı qoşunların təminatı ilə bağlı məlumat yayıb-VİDEO

2022-01-25

gun az article

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib

2022-01-25

gun az article

Azərbaycanın ilk "Ağıllı kənd"inin inşası başa çatmaq üzrədir

2022-01-25

gun az article

Hüseyn Əmir Abdullahiyan İran-Amerika birbaşa danışıqlarının mümkünlüyündən danışıb

2022-01-25

gun az article

Azay Quliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır"

2022-01-25

gun az article

Paşinyan: “Ankaranın verdiyi bu fürsəti əldən buraxmaq məntiqsiz olar”

2022-01-25

gun az article

Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

2022-01-25

gun az article

Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”

2022-01-24

gun az article

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısını keçirəcək

2022-01-24

gun az article

"Bölgədə vəziyyəti və balansı yalnız Türkiyə dəyişə bilər" - Ukraynalı politoloq

2022-01-24

gun az article

NATO Şərqi Avropaya əlavə qoşun göndərir

2022-01-24

gun az article

Polis rəisi: "Şuşa şəhəri minalardan tam təmizlənib"

2022-01-24

gun az article

İranın yol və şəhərsalma nazirinin Füzuli şəhərinə səfəri başlayıb

2022-01-24

gun az article

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində İran gəmisini saxlayıb

2022-01-24

gun az article

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib

2022-01-24

gun az article

Azərbaycanın müdafiə naziri İrana gedir

2022-01-24

gun az article

“Diyar-i Türk” jurnalında şəhid general Polad Haşımova yer ayrılıb

2022-01-24

gun az article

İranda Çabahar Azad sənaye və ticarət zonasının icraçı direktoru həbs edilib

2022-01-24

gun az article

Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib

2022-01-24

gun az article

“Bəzi açıqlamalara tələsik reaksiya verməməyə çalışırıq” – XİN rəsmisi

2022-01-24