SON XƏBƏRLƏR

Tehran metrosunda tibbi maska taxmaq icbari olacaq

2021.10.20, 07:36
Tehran metrosunda tibbi maska taxmaq icbari olacaq

Gunaz.tv

GünAz TV: Bu gündən etibarən Tehran metrosunda sərnişinlərin tibbi maska taxması məcburi olacaq.

 

Bu barədə məlumat yayan Tehranın icra hakimi İsa Fərhadi bildirib ki, Səhiyyə Nazirliyinin koronavirusla bağlı qəbul etdiyi qərarlara ictimai yerlərdə, xüsusilə avtobus, metro və taksilərdə ciddi diqqət yetirilməlidir.

 

Ötən gün Tehran Metropoliteninin icraçı direktoru Fərnuş Növbəxt də məlumatı təsdiqləyərək qeyd edib ki, artıq şənbə günündən etibarən maska taxmamış vətəndaşlar metroya daxil ola bilməyəcəklər.

 

O, həmçinin maskası olmayan sərnişinlərin gündəlik təqribən 500 mindən çox insanın istifadə etdiyi 25 stansiyada təşkil edilmiş satış nöqtələrindən dövlətin təyin etdiyi qiymətə maska ala biləcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, son günlər sosial şəbəkələrdə Tehran metrosunda sıxlıq yaşandığı və sərnişinlərin əksəriyyətinin maska taxmadığını nümayiş etdirən görüntülər yayılıb.

 

Digər tərəfdən, bəzi dövlət qurumları ictimai nəqliyyatın koronavirusun daha da yayılmasına yol açdığını deyərək, dövlətdən böhran sona çatana qədər metronu bağlı saxlamağı tələb edir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar