SON XƏBƏRLƏR

TEHRAN ÖZ MUSİQİMİZİ ÖZÜMÜZƏ QISQANIR.İslam Respublikası "Mədəni irsi qorumaq" adı altında ermənilərin qayğısına qalmaqdadır

2021.10.20, 07:36
TEHRAN ÖZ MUSİQİMİZİ ÖZÜMÜZƏ QISQANIR.İslam Respublikası "Mədəni irsi qorumaq" adı altında ermənilərin qayğısına qalmaqdadır

Gunaz.tv
34204_1 TEHRAN ÖZ MUSİQİMİZİ ÖZÜMÜZƏ QISQANIR İslam Respublikası "Mədəni irsi qorumaq" adı altında ermənilərin qayğısına qalmaqdadır S.SƏDRƏDDİN Türkün dünyaya sonsuz sayda mədəniyyət inciləri bəxş etdiyi onun dostları və düşmənləri tərəfindən etiraf edilir. Düzdür, bu etirafı düşmənləri daha çox düşmənçilik əməlləri ilə pərdələməyə çalışırlar. Ya oğurluq edir, ya da dağıdırlar. Neçə illərdir ən yaxın qonşularımız tərəfindən bu asiliyə məruz qalmaqdayıq. Amma bunu yola vermək olur. Çünki bir sıra qüvvələr onları bizə "xalq diplomatiyası", birgə kino çəkmək kimi cəfəng ideyalarla sırımaq istəsələr də, ən azı, tariximiz nə yaxşı ki onları unutmur, zaman-zaman bizə dərs verir. Ancaq bu yaxınlarda son dərəcə heyrətləndirici bir xəbərin şahidi olduq. "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Ərdəbil şəhərində şiələrin ən sevdiyi müəzzin (azan oxuyan) Səlim Müəzzinzadənin oğlu, Azərbaycan mahnı və muğamının ifaçısı Vədud Müəzzinzadə deyib: "Azərbaycan (Quzey Azərbaycanı nəzərdə tutur - S.S.) bizim azəri musiqilərimizi oğurlayır". Mənbə bildirib ki, Azərbaycan muğamı tarixi mədəniyyətin başlanğıcında dayanır. Min illər öncə indi İran adlanan ölkədə Azərbaycan musiqiçiləri muğamla sözlərini dilə gətiriblər. "Ancaq fars şovinistlərinin assimilyasiyası nəticəsində öz milli varlığından xəbərsizlər türk musiqisini "İran incəsənəti" adlandırıblar. Onu yaradanlardan, türkün özündən qorumağa başlayıblar", - deyə mənbə qeyd edib. Beləliklə, Vədud Müəzzinzadə bu iddialarla çıxış edərək Tehran hakimiyyətindən "namərd qonşuların əlini azəri musiqisindən çəkməsini istəyib". Azərbaycanın Quzeyindəki milli musiqi hər iki tərəfdəki bölünmüş bir millətin, Azərbaycan türkünün deyilmi? Dünyanın bir çox millətinin muğamı var. Amma heç kimə sirr deyil ki, onların ən zəngini Azərbaycana məxsus Muğamdır. Bölünmüş bir milləti üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxan Tehran hakimiyyəti vədudları vəzifə və ya dünya malı ilə ələ ala bilsə də, bunun ancaq türk düşmənlərinin ziyanına olacağı kimsəyə sirr deyil. Vədud Müəzzinzadəyə gəlincə, o bir neçə il öncə buraxdığı musiqi albomuna Quzey Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnılarımızı yazdırıb. Bundan başqa, Güney Azərbaycanda minlərlə gənc oğlan və qız Azərbaycan musiqisini özününkü bilir. Onlar üçün sərhəd yoxdur. Elə V.Müəzzinzadə də Bakıda konsert verəndə belə deyirdi. Güneyli soydaşlarımız Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayevi, quzeylilər isə Ə.Səlimi, Bədircahani, Ehtizami və s. bəstəkarlarımızı özününkü bilmirmi? Ə.Səliminin "Ayrılıq"ını ilk dəfə Tehranda Rəşid Behbudov oxuyub. O zaman türk düşmənləri - keçmiş SSRİ və Məhəmmədrza şahın qılıncının qəbzəsi də kəsirdi. Bunu Vədud Müəzzinzadə kimi soydaşlarımız da bilməmiş deyillər. Onu da qeyd edək ki, onun ata babası ilk dəfə azanı Azərbaycan muğamının ladı üstündə Azərbaycan boğazında oxuyub. Elə o vaxtdan onlara "müəzzinlər" deyiblər... Vədud Müəzzinzadənin bunu hansı şəraitdə dediyini bilmədiyimizdən məsələni uzatmaq istəməzdik. Bununla belə bir məsələni də qeyd etmək istərdik. Bu azərbaycanlı musiqiçinin söylədiyi hədyanları fars saytları və xəbər agentlikləri artıq yayıb. Azərbaycan-türk mədəniyyətinin daşıyıcısını öz milləti ilə üz-üzə qoyan Tehran hakimiyyəti mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycandakı erməni kilsəsi sayılan "Qara kilsə" kompleksinin UNESCO mədəni irs siyahısına daxil edilməsi üçün müraciət etmişdi. Ancaq İslam Respublikası rəhbərliyinin bu iddiası əvvəlcə təmin olunmamışdı. Belə ki, qurum həmin kilsə haqda məlumatları yetərsiz sayaraq onu siyahıya daxil etməmişdi. "Bütövaz"ın yaydığı məlumata görə, İran hakimiyyəti "Qara kilsə" barədə əlavə məlumatlar toplayaraq yenidən UNESCO-ya müraciət edib. Bu, İslam Respublikasının qeydiyyata aldırmaq istədiyi 9-cu tarixi abidədir. Kanadanın Kvebek bölgəsində 8 gün davam edən 32-ci sessiyada 41 ölkədən daxil olan ərizələrə baxılıb. Qərbi Azərbaycan əyalətinin Maku rayonu yaxınlığında yerləşən üç kilsə də UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu kilsələrdən biri olan "Qara kilsə"nin XIII əsrin sonuna aid olduğu haqda xəbərlər yayılıb. Ermənilər bu abidənin onlara məxsus olduğunu iddia edərək bir sıra milli-mədəni tədbirlərini həmin kilsədə keçirirlər. İran nümayəndə heyətinin başçısı Əbdülrəsul Vətəndustun sözlərinə görə, Mərakeş, Tunis, Keniya və başqa dövlətlərin təmsilçiləri də bu məsələnin həllində onlara yardım ediblər. BBC-nin yaydığı məlumata əsasən, 2005-ci ildə bu kilsədə insan sümükləri aşkarlanıb. Ermənilər və İranın uyğun qurumları iddia edir ki, bu, Xaçatur İoanna aiddir. Bu iddialarını sübut etmək üçün erməni din xadimləri və onların Tehrandakı havadarları orta əsr Avropa salnamələrinə müraciət ediblər. Dini ədəbiyyatda göstərilib ki, İsa peyğəmbərin həvarisi Faddey 80-ci ildə indiki Ermənistan ərazisində çarmıxa çəkilib, sonra isə oxlanaraq qətlə yetirilib". Daim ermənilərin qayğısına qalan İslam Respublikasının rəhbərliyi İranda ermənilərin adına çıxarılan bir sıra abidəni bərpa edib. İranda çıxan "Alik" adlı erməni qəzetinin redaktoru Derenik Melikyan müsahibələrinin birində deyib ki, erməni xristian abidələrinin ən yaxşı qorunduğu ölkə İrandır. Yayılmış məlumata görə, İrandakı erməni kilsəsi İstanbuldakından fərqli olaraq subardinasiya baxımından Ermənistanda yerləşən Eçmiədzin kilsəsinə tabe deyil. Onu da qeyd etmək yerinə düşər ki, İran hakimiyyəti ermənilərlə yanaşı, farslara aid olduğu iddia edilən tarixi abidələri də dünyanın mədəni irsi siyahısına daxil etdirə bilib. Onların arasında "Bisütun" qayaüstü rəsmlər və yazıları, Qərbi Azərbaycan ərazisində yerləşən "Təxti-Süleyman" atəşpərəst məbədi də bu siyahıdadır. Qəzetimizin ötən sayında Ərk qalasının məqsədli şəkildə dağıdılması barədə məlumat vermişdik. "Qara kilsə" ilə təxminən eyni yaşda olan bu tarixi abidəmizin adı belə tutulmur. Tehran yalnız İranda yaşayan deyil, başqa ölkələrdə yaşayan ermənilərə də himayədarlıq etməkdədir. Ermənistanın İrandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan "Sumqayıtda erməni soyqırımı" adlı kitabın yayılmasını buna örnək göstərmək olar. Həmin "kitab"da qeyd olunub ki, guya, hadisə zamanı azərbaycanlılar ermənilərin yaşadıqları 200 mənzilə hücum ediblər. Bundan başqa, sözügedən nəşrdə Azərbaycan torpaqlarına ermənilərin iddiası da öz əksini tapıb. Onlar ənənəvi saxtakarlığa sadiq qalaraq Qarabağın tarixini və münaqişənin başlaması ilə bağlı məlumatları saxtalaşdırıblar. APA-nın məlumatına görə, 1988-ci il fevralın 27-29-da baş vermiş olaylar zamanı 26 erməni, 6 azərbaycanlı öldürülüb. Hadisənin günahkarı kimi Əhməd Əhmədov barəsində ölüm hökmü çıxarılıb, erməni Eduard Qriqoryan isə 12 il azadlıqdan məhrum edilsə də, bu cəzanı sona qədər çəkməyib. Çünki Tehran kimi Moskva da həmişə ermənilərə himayədarlıq edir. Qeyd etdiyimiz xəbərlərdən də göründüyü kimi, İslam Respublikası Güney Azərbaycan türkünün milli haqları uğrunda mübarizəsini əngəlləmək üçün çeşidli üsullara əl atmaqdadır. Vədud Müəzzinzadənin dilə gətirdiyi sözün də arxasında fars şovinistləri və Tehran hakimiyyətinin durduğu istisna edilmir. İslam Respublikasının ermənilərə belə qayğı ilə yanaşması isə onun türk düşmənçiliyindən doğur. Bir zamanlar terrorçu PKK da Tehran tərəfindən himayə olunurdu. Hətta onların başçıları Abdulla Öcalan həbs edilib Türkiyəyə gətirilərkən İranın Qərb hissəsində yaşayan PKK tərəfdarlarının etiraz aksiyası keçirməsinə də İran rəhbərliyi göz yummuşdu. Bunu Sumqayıt hadisələri ilə bağlı "kitab"ın çıxması ilə də eyniləşdirmək olar. Ermənilər bir zamanlar Səddam Hüseynin də mərhəmətindən sui-istifadə edirdilər. Ancaq onun devrilməsi ilə bağlı hərbi əməliyyat başlayanda ən çox sevinən ermənilər oldu. Gələcəkdə ayətulla rejimi də oxşar tale ilə üzləşə bilər. O zaman ermənilərin yenə "qonaq"ları sevgi ilə qarşılayacağına kimsə şübhə etməsin. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar