SON XƏBƏRLƏR

TEHRAN POLİSİ ABBAS PALİZDARA AZADLIQ TƏLƏB EDƏNLƏRİN AKSİYASINI DAĞIDIB

2021.10.20, 07:36
TEHRAN POLİSİ ABBAS PALİZDARA AZADLIQ TƏLƏB EDƏNLƏRİN AKSİYASINI DAĞIDIB

Gunaz.tv
TEHRAN POLİSİ ABBAS PALİZDARA AZADLIQ TƏLƏB EDƏNLƏRİN AKSİYASINI DAĞIDIB İyunun 13-də Tehran polisi Millət Parkında toplaşaraq Abbas Palizdarın azadlığa buraxılmasını tələb edən yüzlərlə nümayişçinin dinc aksiyasını dağıdıb. Polis gözyaşardıcı qazdan və elektroşokdan yararlanıb. İran məhkəmə sistemini tədqiq və araşdırma komissiyasının rəhbəri, prezident Mahmud Əhmədinejadın yaxın adamlarından Abbas Palizdar bir müddət əvvəl Şiraz və Həmədan universitetlərindəki çıxışında ölkənin 50-dən çox yüksək rütbəli rəsmisini iqtisadi fırıldaqda, hökumət əmlakını mənimsəməkdə, bəzi məmurları isə əxlaq pozğunluğunda günahlandırmışdı. A.Palizdarın hər iki videolentləri iki həftə əvvəl tələbələr arasında yayılıb və internetdə yerləşdirilib. Dünən o, dövlət əleyhinə fəaliyyətdə günahlandırılaraq həbs olunub. Tərəfdarlarının fikrincə, A.Palizdar açıqlamalarında haqlıdır və əsassız yerə cəzalandırılıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar