SON XƏBƏRLƏR

TEHRAN POLİSİ QƏRB MƏDƏNİYYƏTİ YAYMAQDA GÜNAHLANDIRDIĞI BƏRBƏRXANA və GEYİM MAĞAZALARINI MÖHÜRLƏYİB

2021.10.20, 07:36
TEHRAN POLİSİ QƏRB MƏDƏNİYYƏTİ YAYMAQDA GÜNAHLANDIRDIĞI BƏRBƏRXANA və GEYİM MAĞAZALARINI MÖHÜRLƏYİB

Gunaz.tv
TEHRAN POLİSİ QƏRB MƏDƏNİYYƏTİ YAYMAQDA GÜNAHLANDIRDIĞI BƏRBƏRXANA və GEYİM MAĞAZALARINI MÖHÜRLƏYİB İranda ictimai təhlükəsizlik layihəsinin yeni mərhələsi Qərb mədəniyyəti yaymaqda günahlandırılan bərbərxana və geyim mağazalarına qarşı sərt tədbirlərdən başlayıb. «Media forum» saytının məlumatına görə, iyunun 15-dən ictimai təhlükəsizlik polisi paytaxt Tehranın böyük küçə və meydanlarını nəzarətə götürüb. Polis saçını Qərb dəbiylə kəsdirən və Qərb simvolları daşıyan paltar geyən gəncləri saxlayaraq onlara xəbərdarlıq edib. Təkcə ayın 15-də 32 bərbərxana və geyim mağazası möhürlənib. Geyiminə irad tutulan bəzi xanımların polis bölmələrinə aparılıb yazılı izahat verməyə məcbur edildiyi bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar