SON XƏBƏRLƏR

Tehran prokuroru ətraf mühit fəallarının məhkəməsinin tezliklə keçiriləcəyini deyib

2021.10.20, 07:36
Tehran prokuroru ətraf mühit fəallarının məhkəməsinin tezliklə keçiriləcəyini deyib

Gunaz.tv

GünAz TV: Tehranın prokuroru Abbas Cəfər Dövlətabadi müvəqqəti saxlama təcridxanasında saxlanılan 8 ətraf mühit fəalının məhkəməsinin tezliklə keçiriləcəyini deyib.

 

Onun sözlərinə görə, məhkəmə gələn ay keçiriləcək.

 

Xatırladaq ki, son aylar ərzində bir çox iranlı rəsmi bu fəalların məhkəmələrinin tezliklə baş tutacağını desələr də, məlum olmayan səbəblərdən məhkəmə prosesi hələ ki, baş tutmur. “Casusluq”da ittiham edilərək, “Sepah”ın Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən bu fəallar artıq bir ildir ki, müvəqqəti saxlanma təcridxanasındadırlar. Beynəlxalq təşkilatlar və digər fəallar bu ittihamın əsassız olduğunu bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar