SON XƏBƏRLƏR

Tehran stadionunda “Təbriz, Bakı, Ankara...” və “Türk dilində mədrəsə,...” şüarları səsləndirildi – VİDEO

2021.10.20, 07:36
Tehran stadionunda “Təbriz, Bakı, Ankara...” və “Türk dilində mədrəsə,...” şüarları səsləndirildi – VİDEO

Gunaz.tv

GünAz TV: Noyabrın 2-də Tehranda Qüds şəhəri stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı soydaşlarımız tərəfindən milli şüarlar səsləndirilib.

 

Görüş “Peykan”ın şəhərində keçirilsə də, ev sahibinin stadiondakı tərəfdarları təxminən 100 nəfər olub. “Traxtur” tərəfdarlarının sayı isə 10 min nəfərə qədər təxmin edilir.

 

Oyun zamanı Güney Azərbaycanın müxtəlif bölgələrindən görüşdə tamaşaçı qismində iştirak edən soydaşlarımız “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=5&v=ai0eH7x56C4

 

Oyunun 10-cu dəqiqəsində isə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilib.

 

https://www.youtube.com/watch?v=JEe6VfN_1E4

 

“Traxtur”-“Peykan” oyunu 1:2 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Bu qələbədən sonra “Traxtur” 19 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar