SON XƏBƏRLƏR

Tehran tacikistanlı tələbələri Düşənbəyə niyə vermir?

2021.10.20, 07:36
Tehran tacikistanlı tələbələri Düşənbəyə niyə vermir?

Gunaz.tv

GünAzTv: Bu yaxınlarda Taciksitan parlamenti Aşağı Palatasının sədri Şükürcan Zühurov İranda səfərdə olub.

 

Səfər zamanı o, İslam Respublikası sənaye və mədən naziri Ələkbər Mehrabianla da görüşüb. Tacikstandan olan qona qiki ölkə arasında sənaye və sərmayə əlaqəlrini daha sıx etmək üçün İran-Tacikistan birgə sənaye və dağ-mədən komitəsinin yaradılmasının təklif edib.

 

Ə.Mehrabian dərin  mədəni və sosial bağların olduğunu bildirərək, İranla Tacikstan arasında gələcəkdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

İranlı nazirin sözlərinə görə, Tacikistan çox nadir faydalı qazıntılara malikdir və İslam Repsublikasının Sənaye və Mədən Naziriliyi bununla bağlı kəşfiyyat işlərinin aparılması, hasilat və onların elmalında Tacikistana yardım etməyə hazırdır. Mehrabian qeyd edib ki, onlar İran tarktorlarınTacikistanda istehsalını artıracaq.

 

Ş.Zühurov öz növbəsində vurğulayıb ki, hər iki dövlətin liderləri siyasi, sosial və iqtisadi sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsinin vacibliyi mövqeyindən çıxış edir.

 

«avesta.tj»-a istinadən məlumatda bildirilib ki, İran prezidenti Mahmu Əhmədinejadla görüşündə isə o, İslam Respublikasının dini mədrəsələrində, başqa ali təhsil ocaqlarında  oxuyan 200 – ə yaxın tacikistanlının  geri qayıtmasına yardım etməsini istəyib. Tacikistanlı qonaq   qeyd edib ki, İranın qeyri –rəsmi təhsil müəssisələrində, özəlliklə Tehran, Qumm və Məşhəd şəhərlərindəki Cəmaət-ül-Mustafo-əl- Ülamiyyə Beynəlxalq Universitetində 200 Tacikistan vətəndaşı təhsil alır : «Biz tacikistanlı  tələbələrin başqa fakültələrə, məsələn, dəqiq elmlər, tibb, münhədislik şöbələrinə keçmələrinə yardım etdiyi üçün İran rəhbərliyinə təşəkkür edirik. Tacikistan bu sahələrin mütəxəssislərinə ehtiyac duyar».

 

Xatırladaq ki, rəsmi Düşənbə bu məsələ ilə bağlı Tehran bir neçə dəfə müraciət edib. Parlament təmsilçisindən öncə ölkənin xarici işlər naziri Həmraxan Zərifi iranlı həmkarı mənuçehr Müttəki ilə ggörüşündə İslam Respublikasında qanunsuz təhsil alan tacikistanlı tələbələrin ölkəsinə qayıtması üçün yardım göstərməsini xahiş etmişdi.

 

Tacikstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilmişdi : «Müzakirə zamanı tərəflər tacik tələbələrin İslam Respublikasının ali təhsil ocaqlarında təsilinə dair məsələlərdən danışıb bu sahədə ikitərəfli əməkdaşlığın pesrpektinə toxunublar».

 

 Tacik diplomat İran universitetlərində qanunsuz təhsil alan tələbələrin ölkəyə qayıtmasının təşkilinə yardım etməsini İrandan istəyib.

 

Təhsil almaq üçün xaricə gedən gənclərlə bağlı da xəbərlər mövcuddur. Tacikistanın

 

«Somon air» özəl aviaşirkəti bildirib ki, Misirin paytaxtı Qahirədən 100-dən çox tələbəni və ailəsini pulsuz ölkəyə gətirib.

 

Ölkə Təhsil  Nazirliyinin məlumatına əsasən, xaricdə dini ali təhsil ocaqlarında 500-ə yaxın Tacikistan vətəndaşı oxuyur. Yeni qaydalara görə, xaricdə təsil almaq istəyən hər ölkə vətəndaşı Təhsil Nazirliyindən uyğun icazə almalıdır.

Xatıtladaq ki, bu haqda ilk xəbər cari ilin avqustunda yayılıb.  «Ferqane.ru»-nun məlumatında bildirilimişdi ki, Tacikistan hakimiyyəti İranda oxumağa gedən tələbələri İslam Respublikasına buraxmayıb. Mənbə 30 tacik tələbənin Düşənbə-Tehran hava reysinə minməsinə icazə verilməyib.

«Bu gənclər qeydiyyat keçmişdilər. Artıq təyyarənin salonunda idilər. Ancaq xüsusi xidmət orqanlarının əməkdaşları onlardan təyyarəni tərk etmələrini xahiş etdi»-deyə, mənbə bildirib.

İranın Düşənbədəki səfirliyi də xəbəri təsdiqləmişdi. Məlumata görə, 30 Tacikistan vətəndaşı iranşünsalıq, fars dili və ədəbiyyatı üzrə ikihəftəlik  təhsil kursu İslam Respublikasına gedirmiş.

Səfirlikdən bildiriblər ki, hakimiyyət bu səfərin Tacikistanın təhsil Nazirliyi ilə razılaşdırılmadığını iddia edir. «Əksinə, bu səfəri bütün proqrammı Tacikistanın Təhsil Nazirliyinin təmsilçiləri ilə razılaşdırılıb. Bundan başqa 15 tələbənin namizədliyi nazirlik tərəfindən təqdim olunub. Qrupun başşqa üzvləri isə İranın tacikistandakı səfirliyinin keçirdiyi çeşidli müsabiqələrin qalibləridir» -deyə, Tehranın Düşənbədəki səfirliyindən bildiriblər.

Elə olayın da ikinci 15 –liyin üzündən yarandığı ehtimal edilir. Onların namizədliyini Tacikistan İslam Universiteti tərəfindən irəli sürülüb.

 

Yeri gəlmişkən, bir müddət öncə İmaməli Rəhman ölkə vətəndaşlarına müraicət edərək, demişdi ki, son 10 ildə xaricdə çeşidli İslam  təhsil müəssisələrində oxuyan övladlarını geri çağırsınlar. O, valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağırıb.

«Təəssüflər olsun ki, onların çox mollalıq öyrənmir, əksinə terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq»-deyə,Tacikistan prezidenti bildirib.

Məlumata əsasən,  İran mədrəsələrində, özəlliklə ölkənin Əfqanıstanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda çoxlu sayda tacik yeniyetmə təhsil alır. Ötən il onlarla belə gənc «viza rejimini pozduğuna» görə, İrandan deportasiya edilmişdi. İndiyə qədər İslam Respublikasında təhsil alan Tacikistan vətəndaşlarının dəqiq sayı müəyyənləşməyib. Onlar bir qayda olaraq, İrana turist vizası alır, bir neçə il heç yerə çıxmadan dini təhsil alırlar.

Müracəitlərdən belə gürünür ki, Tehran hakimiyyət Tacikistan vətəndaşı olan qanundankənar  tələbələrin ölkələrinə qayıtmasını istəmir. Ehtimal etmək olar ki, İranda həmin tələbələr yalnız dini təhsil deyil, eyni zamanda İslam Respublikasının qurulması ilə bağlı çeşidli təlimlər də alıblar. Onların Düşənbəyə qaytarılması isə bu sayaq sirlərin açılması deməkdir. Tehrana isə indiki durumunda bu heç sərf etmir…

Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar