SON XƏBƏRLƏR

Tehran Universitetinin bir qrup tələbəsi Xamneyiyə məktub yazaraq, tabeliyində olan qurumların 40 illik fəaliyyəti barədə izahat verməyə çağırıblar

2021.10.20, 07:36
Tehran Universitetinin bir qrup tələbəsi Xamneyiyə məktub yazaraq, tabeliyində olan qurumların 40 illik fəaliyyəti barədə izahat verməyə çağırıblar

Gunaz.tv

GünAzTV: “Tehran Universitetinin ədalət tərəfdarı olan tələbələr birliyi” noyabrın 22-də İranın dini lideri Əli Xamneyiyə məktub yazaraq, islam respublikasının və tabeliyində olan qurumların 40 illik fəaliyyətinin nəticəsi barədə izahat verməyə çağırıblar.

 

İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın qurumlardan biri kimi tanınan tələbə birliynin Xamneyini müxtəlif sahələrdə yürütdüyü siyasəti və tabeliyində olan qurumların 40 illik fəaliyyəti barədə izahat verməyə dəvət etməsi, İranda dini lideri öz əməllərinə görə  cavabdeh olmağa çağıran misli görünməmiş ilk siyasi addımdır.

 

Məktubda bildirilir ki, islam respublikasının 40 illik ildönümü və “Tələbə Günü” ərəfəsində dini liderin Tehran Universitetinə gəlib, sistemin müxtəlif sahələrdə yürütdüyü siyasəti və özünün tabeliyində olan “Sepah”ın, İran Məhkəmə Sisteminin, Dövlət Radio-Televiziyasının, Müstəzəflər Fondunun və digər qurumların fəaliyyətinin nəticəsi barədə tələbələrin suallarını cavablandırması vacibdir.

 

Məktubda həmçinin qeyd edilir ki, belə bir addımın atılması, dini liderin tələbələrlə üz-üzə görüşüb onların ölkədə yaşanan problemlərlə bağlı suallarına birbaşa cavab verməsi, ölkənin hazırkı böhrandan çıxması üçün böyük bir fürsətdir.

 

Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi, son 40 ildə, istər prezident vəzifəsində olduğu vaxtlarda, istərsə də “Vəliyyi-fəqih” vəzifəsində çalışdığı illərdə , bircə dəfə olsun belə, jurnalistlərə müsahibə verməyib, müxtəlif sahələrdə yürütdüyü siyasətinin nəticəsi barədə heç kəsə cavabdeh olmayıb.

 

Xamneyi, həmin müddətdə, yalnız birtərəfli olaraq, həmişə rəsmi tribunalarda çıxış edərək, müxtəlif mövzularla bağlı şəxsi mövqeyini açıqlayıb və onu digərlərinə diktə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar