SON XƏBƏRLƏR

Tehran Universitetinin müəllimi: İran Sovet İttifaqı kimi dağılacaq

2021.10.20, 07:36
Tehran Universitetinin müəllimi: İran Sovet İttifaqı kimi dağılacaq

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin müəllimi İlahə Kolayi İrandakı siyasi-iqtisadi vəziyyəti keçmiş Sovet İttifaqının son illəri ilə müqayisə edərək İranın o istiqamətdə hərəkət etdiyini bildirib.

 

Bu barədə Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin müəllimi öz Twitter səhifəsində məlumat yayıb.

 

“Xahiş eliyirəm ki, Tehran Universiteti Nəşriyyatının “Sovet İttifaqının dağılmasının iqtisadi kökləri” kitabını oxuyun. Biz o istiqamətdə irəlləyirik. Onların təcrübəsindən dərs almasaq... . Vaxt çox azdır”- deyə xanım İ.Kolayi Twitter səhifəsində qeyd edib.

 

Universitet müəllimi Amerika Birləşmiş Ştatlarının İranın iqtisadiyyatını iflic edən sanksiyaları və ölkədə yaranan iqtisadi gərginliyə işarə etmək istəyib.

 

Sovet İttifaqında müxtəlif mədəniyyət, dil və kimliyə malik olan bir çox millət mərkəzi hökumətin təzyiqi ilə  eyni ölkədə yaşayırdılar. Ölkədə iqtisadi tənəzzül yarandıqdan sonra millətlər arasında mərkəzdənqaçma meyillər özünü brüzə verdi və qısa müddətdə ölkə çökdü. İranda iqtisadi vəziyyətin gərginləşməsi və mərkəzi hökumətə qarşı etirazların artması Sovet İttifaqı dövrünün son illərini xatırladır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar